Bakıda ilk dəfə Əfqanıstanın milli günü qeyd olundu

 

Sentyabrın 18-də Bakıda Əfqanıstan İslam Respublikasının milli günü - müstəqilliyinin 96-cı ildönümü münasibətilə qəbul keçirildi. Əfqanıstanın ölkəmizdəki səfir Məhəmməd Taqi Xəlil qonaqları salamlayaraq bildirdi ki, müstəqillik bütün xalqlar üçün böyük məna daşıyır: “Bakını son dəfə gördüyüm andan 20 il keçib. Vaxtilə bir əfqan tələbəsi olaraq yaşadığım bu şəhərdə 20 il sonra sosial, iqtisadi tərəqqinin şahidiyəm və buna çox sevinirəm. Əfqan xalqı gələcəyinə nikbin baxır və ölkəmizin bu əziyyətlərlə dolu qışından inkişafimkanlarla zəngin bahara çıxacağına inanır”.

Səfirin sözlərinə görə, Əfqanıstanda qurulmuş yeni hökumət ölkənin həyatında çətinliklərin aradan qaldırılması üçün səy göstərir. Ölkədə uşaq ölümü azalıb, təhsil imkanları yüksəlib və təhlükəsizlik məsələləri daim təkmilləşdirilir. İnfrastruktur üzrə işlər mütəmadi olaraq aparılır, xarici investorlar üçün münbit şəraitin yaradılması təmin edilməkdədir. Əfqanıstanın mərkəzi və cənubi Asiyanı birləşdirən regional qovşağa çevrilməsi başlıca məqsədlərdən biridir.

Diplomat əlavə etdi ki, beynəlxalq cəmiyyət tərəfindən dəstəklənən Əfqanıstanın böyük addımlar atmaqla yanaşı, hələ də tam sabitfiravan ölkəyə çevrilməsi üçün dəstəyə ehtiyacı vardır: “Fürsətdən istifadə edərək, Əfqanıstanda sülhməramlı xidmət göstərən Azərbaycan əsgərlərinə öz salamlarımı və təşəkkürlərimi bildirirəm. Azərbaycan bizim yanımızda dayandığı kimi, bizsizin yanınızdayıq. Qarşımızda olan yol boyunca, ölkələrimizin tərəqqisinin gücləndirilməsi, ikitərəfli əlaqələrin genişləndirilməsinə yönəlmiş imkanların aşkar olunmasına dair diqqətin artırılması üçün səylərimizi əsirgəməməliyik”.

 

Mehparə

 

Mədəniyyət.- 2015.- 23 sentyabr.- S. 10.