Üzeyir Hacıbəylinin 130 illiyi müxtəlif tədbirlərlə qeyd olunur

 

Dahi bəstəkar Üzeyir Hacıbəylinin 130 illik yubileyi və 18 sentyabr - Milli Musiqi Günü münasibətilə respublikanın mədəniyyət ocaqlarında silsilə tədbirlər keçirilib.

 

Sentyabrın 21-də Ağcabədi şəhərindəki Qarabağ Muğam Mərkəzində VII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində konsert proqramı təşkil olunub. İştirakçılar əvvəlcə Üzeyir Hacıbəylinin büstünü ziyarət edərək, önünə çiçək dəstələri düzüblər.

Tədbirdə çıxış edən Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının bədii rəhbəri, Xalq artisti Ağaverdi Paşayev və Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavini Naibə Mustafayeva böyük sənətkarın ömür yolundan, zəngin yaradıcılığından danışıblar.

Sonra Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının, həmçinin Ağcabədi şəhər incəsənət məktəbinin, Hacıbədəlli kənd uşaq musiqi məktəbinin və Qarabağ Muğam Mərkəzi ifaçılarının təqdimatında dahi bəstəkarın əsərlərindən parçalar, muğam və mahnılar səsləndirilib. Musiqi parçalarını əvəzləyən rəqslər də maraqla qarşılanıb.

* * *

Lənkəran Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə açıq havada təşkil olunan konsertdə C.Cabbarlı adına 1 nömrəli və H.Rzayeva adına 2 nömrəli musiqi məktəblərinin müəllim və şagirdlərinin hazırladığı maraqlı proqram təqdim olunub. İştirakçılar Lənkəran Rəssamlıq Məktəbi şagirdlərinin Üzeyir Hacıbəylinin əsərlərinin motivləri əsasında çəkdikləri rəsmlər, Lənkəran MKS-nin təşkil etdiyi musiqi ədəbiyyatı sərgisi ilə də tanış olublar.

* * *

S.Vurğun adına Qax rayon Mədəniyyət mərkəzində “Sənsiz olmadıq” adlı ədəbi-bədii gecə keçirilib. Bəstəkarın “Sənsiz” romansı səslənib, İ.Dağıstanlı adına Xalq Teatrının həvəskar aktyorları tərəfindən “Leyli və Məcnun” operasından, “Ər və arvad”, “O olmasın, bu olsun”, “Arşın mal alanmusiqili komediyalarından parçalar nümayiş etdirilib.

* * *

Qusar rayon Mədəniyyət Mərkəzi və Dövlət Ləzgi Dram Teatrının təşkilatçılığı ilə keçirilən tədbirdə bəstəkarın “O olmasın, bu olsun”, “Arşın mal alanmusiqili komediyalarından parçalar təqdim edilib. Mədəniyyət mərkəzi və uşaq incəsənət məktəbi kollektivlərinin ifaları rəğbətlə qarşılanıb.

* * *

Oğuz rayon Mərkəzi kitabxanasında Üzeyir Hacıbəylinin doğum günüMilli Musiqi Günü münasibətilə mərasim təşkil olunub. Rayon 7 illik uşaq musiqi məktəbinin müəllim və şagirdlərinin ifasında bəstəkarın əsərləri səsləndirilib.

* * *

Bakının Pirallahı rayon 14 nömrəli uşaq musiqi məktəbində də "Milli musiqimiz" adlı konsert proqramı təqdim olunub. Məktəbin direktoru N.Mürsəlov görkəmli musiqiçinin həyat və yaradıcılığı barədə danışıb. Məktəbin şagirdləri Ü.Hacıbəylinin "Sevgili canan", "Sənsiz" romansları, "Koroğlu" operasından rəqs, "Uşaq pyesləri", "Aşıqsayağı", "Axşam oldu" və s. əsərlərini ifa ediblər.

* * *

Kürdəmir rayon Mərkəzi kitabxanası, uşaq incəsənət məktəbi və N.Nərimanov adına rayon Mədəniyyət evinin təşkilatçılığı ilə “Gənc Heydərçilər” parkında “Dahi bəstəkar Üzeyir Hacıbəyli və Azərbaycan milli musiqisi” adlı tədbir keçirilib. Mədəniyyət evinin musiqi kollektivininuşaq incəsənət məktəbi şagirdlərinin ifasında rəngarəng musiqi nömrələri təqdim olunub.

* * *

Neftçala rayon Mərkəzi kitabxanasında Üzeyir Hacıbəylinin 130 illiyi ilə əlaqədar ədəbi-bədii, musiqili kompozisiya təşkil olunub.

 

Mədəniyyət.- 2015.- 23 sentyabr.- S. 2.