Qurban bayramında əsgərlərə musiqi töhfəsi

 

Sentyabrın 24-də Füzuli rayonu Aşağı Alıxanlı kənd klubununQarabağ” ansamblı Qurban bayramı münasibətilə N saylı hərbi hissədə konsert proqramı ilə çıxış edib.

Üzeyir Hacıbəylinin “Koroğlu” operasından uvertüranın səslənməsi ilə başlayan konsert “Cəngi”, “Misri”, “Azərbaycan əsgəri”, “Qarabağ şikəstəsi” kimi vətənpərvər ovqatlı musiqilərlə davam edib.

Ansamblın solisti Bağman Musayevin ifasında ritmik muğam parçaları və təsniflər əsgərlərin ürəyincə olub. Yazıcılar Birliyinin üzvü, “Qarabağinstrumental ansamblının rəhbəri, şair-publisist Kərəm Salahoğlunun oxuduğu vətənpərvərlik mövzulu şeirlər hərbçilərimizin əhval-ruhiyyəsinə rəng qatıb.

 

Mədəniyyət.- 2015.- 30 sentyabr.- S. 15.