Xeyriyyə konserti keçirilib

 

Sentyabrın 23-də Heydər Əliyev Sarayında Qurban bayram münasibətilə ənənəvi xeyriyyə konserti keçirilib.

Sarayın mətbuat xidmətindən verilən məlumata görə, konsertə bir çox tanınmış sənətçi qatılıb. Xalq artistləri Bilal Əliyev, Könül Xasıyeva, əməkdar artistlər Yusif Mustafayev, Səbuhi İbayev, müğənnilər Könül Kərimova, Nadir Bayramlı, aşıq Telli, aşıq Zülfiyyə, İlahə İbadova, Bəturə Hüseynova, Bahar Lətifqızı, Murad Sadıx, “Səma” rəqs qrupu və digərlərinin çıxışları alqışlarla müşayiət olunub.

 

Mədəniyyət.- 2015.- 30 sentyabr.- S. 9.