Nabat bədii filminin növbəti uğuru

 

Rejissor Elçin Musaoğlunun ötən il Azərbaycanfilm kinostudiyasında dövlət sifarişi ilə çəkdiyi Nabat bədii filmi 19-25 sentyabrda Qazaxıstanın Almatı şəhərində keçirilən XI Avrasiya kinofestivalında uğurla iştirak edib. Ekran əsəri Ən yaxşı rejissor işi və Ən yaxşı aktrisa (Fatimə Motamed Arya) mükafatlarına layiq görülüb.

Qarabağ müharibəsini əks etdirən, güclü milli ruhun daşıyıcısı olan Azərbaycan qadınının parlaq obrazının yaradıldığı Nabat filmi indiyədək bir sıra festivallarda, o cümlədən 71-ci Venesiya kinofestivalında maraqla qarşılanıb. Film Almaniyanın ManheymHeydelberq şəhərlərində keçirilən 63-cü beynəlxalq kinofestivalda Beynəlxalq tənqidçilər mükafatı və Ekumenik jürinin mükafatını, Tripoli (Livan) festivalında isə Ən yaxşı tammetrajlı bədii film mükafatını qazanıb.

 

Mədəniyyət.- 2015.-30 sentyabr.- S. 8.