Bakıda Şahdağ Turizm İnformasiya Mərkəzi fəaliyyətə başladı

 

Sentyabrın 28-də Bakı şəhərində fəaliyyətə başlayan Şahdağ Turizm İnformasiya Mərkəzinin açılış mərasimi keçirildi. Mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazirliyin əməkdaşları, turizm ictimaiyyətinin nümayəndələri iştirak edirdi.

 

Nazir informasiya mərkəzinin fəaliyyəti ilə yaxından tanış oldu. Bildirildi ki, qurumun yaradılmasının əsas məqsədi turistlərə Şahdağ Turizm Mərkəzi haqqında ətraflı məlumatların çatdırılması, bronlaşdırma sisteminin asanlaşdırılması və xidmət keyfiyyətinin daha da yüksəldilməsidir.

Şahdağ Turizm İnformasiya Mərkəzində müştərilərlə , satış və marketinq, tədbirlərin təşkili və mətbuatla əlaqələr şöbəsi yaradılıb. Burada hotel rezervasiyası ilə yanaşı, qış-yay turizm avadanlıqlarının icarəsi, sifarişiturpaket xidmətləri təklif olunacaq. Müştərilər mərkəzə gələrək və yaxud telefon vasitəsilə məlumat əldə edib sifariş verə biləcəklər.

Tədbir çərçivəsində www.shahdag.az saytının təqdimatı da keçirildi. Saytda Şahdağ Turizm Mərkəzinin fəaliyyəti, hotellər barədə ətraflı məlumat almaq, veb kameralar vasitəsilə mərkəzi canlı izləmək, virtual tur keçirmək olar. Həmçinin sayt vasitəsilə turistlər bu ilin dekabr ayından etibarən Şahdağ Turizm Mərkəzinin təklif etdiyi bütün xidmətləri online olaraq sifariş verərək, ödəməni həyata keçirə və bronlaşdırma edə biləcəklər.

Jurnalistlərə müsahibə verən Əbülfəs Qarayev ölkə Prezidenti İlham Əliyevin 10 sentyabr 2015-ci il tarixində “Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” sərəncam imzaladığını diqqətə çatdırdı. Bildirdi ki, sərəncama uyğun olaraq idarəetmə funksiyaları müəyyənləşdirilir, nizamnamə hazırlanır və ilin sonuna kimi bu işlər tam yekunlaşacaq.

Nazir qeyd etdi ki, ölkəmizdə turizm sənayesinin inkişafına dövlətin böyük qayğısı var. Müvafiq dövlət proqramlarının qəbulu və icrası, “Turizm ilinin elan olunması və sahənin inkişafı üçün infrastrukturun yaradılması bunun göstəricisidir. Bu işlərin nəticəsi olaraq turizm şirkətlərinin sayı 300-ə, hotellərin sayı 535-ə, ümumi daxili məhsulda turizmin payı isə 4,1 faizə çatıb.

Ölkəmiz dünya turizm sənayesi xəritəsində özünə layiqli yer tutub: “Azərbaycanda turizmin davamlı inkişafı özünü ölkənin beynəlxalq reytinqlərində də göstərir. Dünya İqtisadi Forumunun (DİF) 2015-ci il üçün “Səyahət və Turizm Rəqabətliliyi Hesabatı”nda Azərbaycan 141 ölkə arasında insan resursları və əmək bazarı göstəricisinə görə 36-cı yerdədir. Bu o deməkdir ki, bu gün dünyanın inkişaf edən bazarında ölkəmizin tutduğu mövqe, onun iqtisadi mexanizmləri dünyada tanınır və qəbul olunur. Bu, çox mühüm göstəricidir. Azərbaycanda viza rejimi sadələşdirilib. Turizm məqsədilə elektron viza almaq mümkündür. Bu il 36 min nəfər elektron viza ilə ölkəyə daxil olub”.

Nazir vurğuladı ki, turizm sahəsinin inkişafı daim Prezident İlham Əliyevin diqqət mərkəzindədir: “Bu yaxınlarda dövlət başçısı tərəfindən Mədəniyyət Turizm Nazirliyinin Əsasnaməsində dəyişikliklər edilməsi nazirlik yanında yaradılan Mədəni İrsin Qorunması, İnkişafı Bərpası üzrə Dövlət Xidmətinin fəaliyyəti ilə bağlı fərmanlar imzalandı. Bu fərmanlarda turizmin inkişafı ilə bağlı xüsusi bir bənd yer alıb. Həmin bəndə əsasən turizm məkanlarına qanunsuz müdaxilə olmaması, onların fəaliyyətlərinin sərbəst aparılması, turizmin inkişafı üçün lazımi iqtisadi şəraitin yaradılması ilə bağlı müvafiq tapşırıqlar verilib. Bundan əlavə, iki ay müddətində hotellərin sertifikatlaşdırılması işinin dünya standartlarına uyğunlaşdırılması ilə bağlı tapşırıqlar verilib artıq bununla bağlı işlər həyata keçirilməkdədir”.

Əbülfəs Qarayev bu il ölkəyə gələn ölkədən gedən turistlərinin sayında azalma ilə bağlı fikirlərini bölüşdü. Qeyd etdi ki, bu il Azərbaycanda gediş turizmi ötən illə müqayisədə 5-7%, gəlmə turizmi isə 5-6% azalıb: “Bu tendensiya əsasən ölkəmizə daha çox turistin gəldiyi Rusiya, Gürcüstan İranda yaşanan iqtisadi böhranla bağlıdır. Bu ölkələrdən gələnlərin sayı azalıb. Amma Avropa Körfəz ölkələrindən Azərbaycana gələn turistlərin sayı artmaqdadır. Bu da müsbət tendensiyadır”.

Sonda nazir Şahdağ Turizm İnformasiya Mərkəzinin fəaliyyəti ilə bağlı tövsiyələrini verdi, mərkəzin kollektivinə uğurlar arzuladı.

Qeyd edək ki, Qusar rayonu ərazisində, Qafqaz dağlarının şimal-şərq yamacında, dəniz səviyyəsindən 2350 metr yüksəklikdə yerləşən ərazisi 2 min hektardan artıq sahəni əhatə edən Şahdağ Turizm Mərkəzinin tikintisinə 2009-cu ildən başlanılıb. Mərkəzin ilk mərhələsi 2013-cü ildə istifadəyə verilib. Kompleksin ərazisində 3, 4 5 ulduzlu hotellər, kanat xizək yolları, idman qurğuları digər sosial obyektlər fəaliyyət göstərir.

 

F.Hüseynov

 

Mədəniyyət.- 2015.- 30 sentyabr.- S. 5.