Gədəbəy Aşıq Məktəbində folklor ansamblı

 

Gədəbəy Aşıq Məktəbinin nəzdində folklor ansamblı yaradılıb. Bu barədə qəzetimizə məlumat verən məktəbin direktoru Etibar Əliyevin sözlərinə görə, 21 nəfər müəllim və şagirdin yer aldığı ansamblın respublika və beynəlxalq səviyyəli tədbirlərdə iştirakı təmin olunacaq. Kollektivin gələcək fəaliyyətində türkdilli xalqların saz ifaçılığı nümunələrindən ibarət ayrıca repertuarın hazırlanması da nəzərdə tutulur.

Respublikamızda hələlik yeganə olan Gədəbəy Aşıq Məktəbində yaradılmış ansambla ölkəmizin müxtəlif bölgələrindən olan tanınmış aşıqların marağı nəzərə alınaraq rayonlar üzrə konsert proqramlarının təşkili də planlaşdırılır.

 

Fəxriyyə

 

Mədəniyyət.- 2015.- 7 yanvar.- S. 15.