65 illik mədəni inkişaf yolu

 

Sumqayıt şəhər Səməd Vurğun adına Mərkəzi kitabxanası “Mədəni inkişaf yolundabiblioqrafik göstərici hazırlayıb. Şəhərin 65 illik yubileyinə həsr olunan toplu 10 bölmədən ibarətdir. Vəsaitdə Sumqayıtın mədəni həyatını əhatə edən kitabdövri mətbuat materialları - ümumilikdə 1101 adda ədəbiyyat əksini tapıb.

Biblioqrafik göstərici vasitəsilə oxucular Sumqayıtın mədəni həyatının bütün sahələrini əhatə edən ədəbiyyatlarla tanış ola bilərlər. Qeyd edək ki, ilk belə biblioqrafik göstərici Sumqayıtın 60 illik yubileyi münasibətilə 2009-cu ildə hazırlanmışdı.

 

Mədəniyyət.- 2015.- 7 yanvar.- S. 14.