Teatr sənətimizdə iz qoyanlar: Heydər Şəmsizadə

 

O, Ağdamda ilk teatr truppası yaradanlardan olub

 

Ötən əsrin birinci yarısında bölgələrdə xalq teatrlarının yaradılmasında bir çox sənətkarlarımız böyük zəhmətlər çəkib. Ağdamda xalq teatrının yaradılmasında böyük xidmətlər göstərmiş sənətkarlarımızdan biri Əməkdar artist Heydər Şəmsizadə olub.

 

Heydər Aslan oğlu Şəmsizadə 1905-ci ildə Şuşa şəhərində anadan olub. Orta təhsilini Şuşa realnı məktəbində alıb. 15 yaşında ikən teatra maraq göstərir, Zülfüqar HacıbəyovunƏlli yaşında cavantamaşasında oynayır. Bununla da teatra qırılmaz tellərlə bağlanır...

1923-cü ildə Ağdamda Əməkdar incəsənət xadimi Əhməd Ağdamski, Əməkdar artist Qaflan Muradov səhnədə ilk addımlarını atan Heydər Şəmsizadənin təşəbbüsü ilə Əbülhəsən Anaplı adına teatr truppası yaradılır. Bəzi çətinliklərə baxmayaraq, truppa fəaliyyətə başlayır. Əbdürrəhim bəy HaqverdiyevinDağılan tifaq”, Süleyman Sani AxundovunLaçın yuvası”, Nəriman Nərimanovun “Nadir şah”, Üzeyir HacıbəylininArşın mal alan”, Hüseyn CavidinŞeyda Cəfər CabbarlınınAydınəsərlərini uğurla tamaşaya qoyurlar. Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat İncəsənət Arxivinin direktoru Maarif Teymur tədqiqatlarında qeyd edir ki, bu tamaşaların hazırlanmasında Heydər Şəmsizadə həm aktyor, həm rejissor kimi çox böyük fəaliyyət göstərib...

Görkəmli səhnə ustaları Abbas Mirzə Şərifzadə, Ülvi Rəcəb, Mərziyə Davudova, Hüseynqulu Sarabski Sidqi Ruhulla tez-tez Qarabağda qastrolda olurlar. Həmin vaxtlar Heydər Şəmsizadə bu sənətkarlarla yaxın münasibətlər qurur, tamaşalarda onlarla tərəf-müqabil olur.Od gəlini”ndə Altunbay, “Oqtay Eloğlu”da Şəkinski s. obrazları yaradır. O, unudulmaz sənətkar BülbülləArşın mal alantamaşasında səhnəyə çıxıb. Həmin günləri ömrünün ən xoş günləri hesab edib. Sonralar xatirələr kitabında bu haqda belə yazıb: “Bu hadisə 1923-cü ildə olub. O zaman Bülbül Əsgər, mən isə Süleyman bəy rolunda oynadıq. Bərk həyəcan keçirirdim... Ancaq tamaşadan sonra Bülbül əlimi sıxdı. Məni təbrik etdi ən xoş arzularını bildirdi...”

1930-cu illərdə M.Kazımovskinin hazırladığı kiçik səhnəciklər çox məşhur idi. Heydər Şəmsizadə bu görkəmli sənətkarınMolla Cəbi”, Ə.HaqverdiyevinAğac kölgəsində s. tamaşalarda aktyor kimi çıxış edir, həm ilk rejissorluq addımlarını atır. 1937-ci ildə Ağdam xalq teatrı dövlət teatrı statusu alır. Heydər Şəmsizadə teatrın bədii rəhbəri təyin edilir. O, teatrın repertuarına xüsusi diqqət ayırır, aktyorlara qayğı ilə yanaşır. “Vaqif”, “Fərhad Şirin”, “Həyat”, “Od gəlini”, “Qaçaq Nəbi”, “Qatır Məmməd s. romantik-qəhrəmanlıq pafoslu tamaşalar hazırlayır.

Beləliklə, Heydər Şəmsizadə teatr sənətinin inkişafında göstərdiyi xidmətlərə görə 1943-cü ildə Əməkdar artist adına layiq görülür. Tədqiqatçı Maarif Teymur yazır ki, Ağdam teatrında onlarca tamaşaya rejissorluq edən H.Şəmsizadə həm öz fərdi keyfiyyətləri ilə daima ön sıralarda olur, ümumittifaq festivallarında iştirak edir...

Heydər Şəmsizadə 1948-49-cu illərdə Moskvada Lunaçarski adına Dövlət Teatr İnstitutunda rejissorluq üzrə təkmilləşdirmə kursu keçir. Sonra Aşqabadda işləmək üçün dəvət alır. Bir müddət orada rejissor kimi çalışır, yerli teatr kollektivinin tamaşaçıların rəğbətini qazanır. 1960-cı ildə Azərbaycana qayıdaraq fəaliyyətini Ağdan Dövlət Dram Teatrında davam etdirir. Yaddaqalan tamaşalar yaradır. Bəxtiyar VahabzadəninVicdan”, Səməd VurğununVaqif”, Əbdürrəhim bəy HaqverdiyevinDağılan tifaqəsərlərinə səhnə həyatı verir. Sonrakı illərdə AnarınŞəhərin yay günləri”, Altay MəmmədovunHəmyerlilər s. əsərlərə quruluş verir, maraqlı tamaşalar hazırlayır.

Araşdırmalarda o da göstərilir ki, o, çox səliqəli diqqətcil bir sənətkar olub. Tamaşa hazırlanarkən ən xırda təfərrüata belə diqqət yetirib. O, deyərmiş: “Səhnə həm aktyorun evidir. Səhnəsiz həyatımı təsəvvür edə bilmirəm. Aktyor həyatda, həm səhnədə zövqlü olmalıdır...”

Görkəmli sənətkar 1978-ci ildə 73 yaşında dünyasını dəyişib.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2015.- 7 yanvar.- S. 12.