Ötən il Xınalıq 3 mindən çox turist qarşılayıb

 

Quba rayonunun qədim tarixə malik Xınalıq kəndi özünəməxsus coğrafi mövqeyinadir memarlıq görkəminə görə daim turistlərin diqqətini cəlb edir.

 

Ölkə Prezidentinin müvafiq sərəncamına əsasən kəndin ərazisi «Xınalıq» Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğu elan edildikdən sonra burada tarix və mədəniyyət abidələrinin qorunub saxlanılmasını və mühafizəsini təmin etmək məqsədilə kompleks tədbirlər həyata keçirilir. Kənddə orta əsrlərə aid Atəşpərəst məbədi, Xıdır Nəbi türbəsi, Şeyx Şalbuz, Əbu Müslim məscidləri, mağaralarçox sayda öyrənilməmiş arxeoloji abidələr var.

Dəniz səviyyəsindən 2300 metr yüksəklikdə yerləşən kənddə daim yerli, eləcə də çoxsaylı əcnəbi turistlərə rast gəlmək mümkündür. «Xınalıq» Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunun direktoru Həsən Ağayevin qəzetimizə verdiyi məlumata görə, son üç ildə kəndə 13 mindən artıq turist gəlib. Ötən il ərzində bu rəqəm 3 min nəfərdən çox olub. Onların təxminən yarısını əcnəbi təşkil edib.

Direktor qeyd etdi ki, kəndə daha çox turistin cəlb olunması üçün əlavə tədbirlər həyata keçirilir, qoruğun nəzdində yardımçı təsərrüfat qurulur. Bu təsərrüfatda atçılıq turizminin inkişaf etdirilməsi üçün şərait yaradılacaq. Bundan sonra turistlər qoruğa aid olan, amma Xınalıq kəndindən 15-18 kilometr uzaqlıqda yerləşən tarixi məkanlara at belində səyahət edə biləcəklər. Həsən Ağayev onu da bildirdi ki, xarici ölkələrdən gəlmiş turistlərə yardım etmək məqsədilə müxtəlif əcnəbi dilləri bilən bələdçilər də ayrılır.

 

 Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2015.- 7 yanvar.- S. 9.