Kosmik Yeni il

 

Yanvarın 2-dən 4-dək Heydər Əliyev Sarayında uşaqlar üçün “Kosmik Yeni il” interaktiv tamaşası nümayiş etdirilib.

 

Tamaşada zalım və güclü Dart Veyder səmadan qalaktikalararası gəmi ilə Yerə doğru hərəkət edərək Yeni ili aparmaqla insanların xeyirxahlığa, sehrə olan inanclarını əlindən almaq istəyir. Axı kədərli olana qalib gəlmək daha asandır! Buna görə də o, Şaxta babaQar qızı, həmçinin Harri Potteri aldadaraq müdriklik simvolu olan “fəlsəfə daşı”nı oğurlayır. İnsanları qəmgin və pərişan etməklə dünyanı ələ keçirmək istəyən Dart Veyder və cadugər Malifisenta ilə mübarizədə Şaxta babaya Feya Vinks, Dəmir adam, Panda-Kunq-Fu, Hörümçək adam, BetmenHarri Potter köməyə gəlirlər.

Lakin zalım və güclü Dart Veyder bu qəhrəmanları öz bacarıqlarından məhrum edərək, Olimpiada keçirmək təklifini irəli sürür. Super qəhrəmanlar qalib gələrsə o, Şaxta babaQar qızı qaytaracaq. Əks halda, hər kəs onun gəmisinin dustağı olacaq.

Beləliklə, çətin mübarizədə balaca tamaşaçılar da qəhrəmanlara kömək etməli olurlar. Maraqlı süjet xətti olan tamaşa uşaqların böyük sevgisini qazanıb.

 

Mədəniyyət.- 2015.- 7 yanvar.- S. 7.