Nabatfilmi Amerikada beynəlxalq festivalda

 

Yanvarın 2-də ABŞ-ın Los Anceles şəhərində 26-cı “Palm Springs” beynəlxalq film festivalı (Palm Springs International Film Festival) başlayıb. Festivalda C.Cabbarlı adınaAzərbaycanfilmkinostudiyasının istehsalı olanNabatbədii filmi iştirak edir.

 

Rejissor Elçin Musaoğlunun filmi festivalın “Award Buzz” proqramında yer alıb.Azərbaycanfilmkinostudiyasından bildirilib ki, “Nabatbədii filminin təqdimatı əvvəlcə Los Anceles şəhərinin “Palm Springs Regal” kinoteatrında, sonra isə “Palm Canyon Theatre” kinoteatrında keçirilib. Bu, “Nabat”ın artıq 12-ci beynəlxalq festivalda iştirakı ABŞ-da ikinci nümayişidir.

26-cı “Palm Springs” beynəlxalq film festivalı yanvarın 12-dək davam edəcək. Qeyd edək ki, Mədəniyyət Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adınaAzərbaycanfilmkinostudiyasında 2014-cü ildə istehsal olunanNabatfilminin ssenari müəllifləri Elxan Nəbiyev Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat, bəstəkarı Hamed Sabet (İran), quruluşçu rəssamı Şahin Həsənli, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur. Ekran əsərində baş rolları Fatimə Motamed Arya (İran), Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov digərləri canlandırıblar.

 

Mədəniyyət.- 2015.- 7 yanvar.- S. 5.