Yaponiya televiziyasında Naxçıvan haqqında veriliş

 

Yaponiyanın “World Investors TV” internet televiziyası yeni ildə ilk verilişini Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr edib.

 

Yanvarın 5-də AzərTAc-ın Yaponiyadakı bürosunun təşəbbüsü ilə canlı yayımlanmış verilişdə aparıcılar Kazuyasu İşida Hiroko Ueyama Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası haqqında tamaşaçılara məlumat veriblər. K.İşidanın ötən ilin sonunda işıq üzü görmüşYaponların tanımadığı, sürətlə inkişaf edən ölkə - Azərbaycanbələdçi kitabında bu qədim Azərbaycan torpağı haqqında da ətraflı məlumatların yer aldığı vurğulanıb.

Verilişdə Naxçıvanın müalicəvi iqlimi, dərman bitkilərinin bolluğu, şəfalı mineral suları ilə fərqləndiyi yapon tamaşaçıların diqqətinə çatdırılıb. Bildirilib ki, Naxçıvanın digər bir möcüzəli təbii səhiyyə ocağıDuzdağFizioterapiya Mərkəzidir. Təbii ehtiyatları 90 milyon ton təşkil edən bu mərkəz saf təmiz duz istehsalı ilə yanaşı, həm şəfaverici xüsusiyyətlərinə görə tanınıb.

Verilişdə AzərTAc-ınGəzdim Azərbaycanılayihəsi çərçivəsində Naxçıvan Muxtar Respublikası barədə çəkilmiş filmdən parçalar da təqdim olunub.

 

Mədəniyyət.- 2015.- 7 yanvar.- S. 4.