Folklor xəzinəsində hər xalqın öz payı var

 

Balakənin folklor kollektivləri festivallarda uğurla iştirak ediblər

 

Balakən Azərbaycanın etnik baxımdan ən zəngin bölgələrindən biridir. Rayonda 27 xalqın nümayəndəsi yaşayır. Milli irsin qorunub saxlanmasında inkişaf etdirilməsində hər bir millətin adət-ənənələrinə önəm verilir, keçirilən mədəniyyət tədbirlərində milli azlıqların kollektivləri fəal iştirak edirlər. Avarların Qaysa kənd mədəniyyət evindəCahanfolklor ansamblı, Şambul kənd mədəniyyət evindəQızlarrəqs qrupu, Mahamalar kənd mədəniyyət evindəTəbəssümrəqs qrupu, ingiloylar yaşayan İtitala kənd mədəniyyət evindəŞəlalərəqs studiyası fəaliyyət göstərir.

Bölgənin folklor sənət irsində ikisimli tambur alətinin öz yeri var. Qədim zamanlardan tambur el şənliklərinin, toy məclislərinin, məhsul bayramlarının bəzəyi olub. Tamburu həm kişilər, həm qadınlar ifa edərək haylalar (bayatılar) söyləyib, rəqslər ifa ediblər. Bu adət rayonun Mahamalar, Tülü, Talalar, Qabaqçöl kəndində xüsusilə geniş yayılıb. Keçən əsrin 30-cu illərindən balakənli söz ustası, Azərbaycan aşıqlarının I qurultayının iştirakçısı aşıq Sənəmin haylaları hələ dillərdə əzbərdir, onun şərəfinəSənəmhayla qrupu yaradılıb.

Rayonun folklor kollektivləri respublika beynəlxalq festivallarda uğurla iştirak edirlər. 2014-cü il 23-25 iyun tarixində Mədəniyyət Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilənDoğma diyarMilli Azlıqların IV Respublika Festivalında Balakən təmsilçiləri rəngarəng çıxışları ilə yadda qaldılar. Festivalın Azərbaycan Dövlət Musiqili Teatrında keçirilən bağlanış mərasimində çıxış edən mədəniyyət turizm naziri Əbülfəs Qarayev bildirdi ki, ölkəmizdəki etnik müxtəliflik Azərbaycanın milli-mənəvi zənginliyidir. Folklor xəzinəmizdə hər xalqın öz payı var. Xalqımızın ümummilli lideri Heydər Əliyevin qeyd etdiyi kimi, çoxmillətlilik bizim sərvətimizdir. Bu cür festivallar da həmin zənginliyin göstəricisidir.

İyunun 13-dən 15-dək Masallıda rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Mədəniyyət Turizm Nazirliyinin dəstəyi ilə keçirilən ənənəvi beynəlxalq folklor festivalının iştirakçıları arasında da Balakən təmsilçiləri vardı. Onlar Astara, Ağcabədi Masallı rayonlarının folklor kollektivləri ilə birlikdə Azərbaycanın zəngin folklor irsini nümayiş etdirdilər.

Mayın 2-dən 8-dək Moldova Respublikasının Qaqauz Yeri muxtar bölgəsinin Komrat şəhərindəXədərləzbeynəlxalq folklor festivalında da Azərbaycanı Balakən rayonunun folklor kollektivi təmsil edib. Beynəlxalq folklor bayramında kollektivin təqdim etdiyi musiqi rəqs nümunələri maraqla qarşılanıb. Balakən təmsilçilərinin çıxışları bölgənin folklor özəllikləri ilə yanaşı, ümumilikdə Azərbaycanın zəngin xalq yaradıcılığı irsinin təbliği tanıdılmasına töhfə olub.

 

Mədəniyyət.- 2014.- 26 dekabr.- S. 10.