Qacarlar dövrünün diplomatları”

 

Jurnalist-etnoqraf Ənvər Çingizoğlutarix üzrə fəlsəfə doktoru Mahal Qacarın “Qacarlar dövrünün diplomatları” adlı kitabı işıq üzü görüb.

 

Bakı Slavyan Universiteti beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin elmi şurasının qərarı ilə çapa tövsiyə edilən kitab İranın Qacarlar dövrü (1794-1925) xarici siyasətindən və diplomatlarından bəhs edir. Kitab giriş hissədən və iki fəsildən ibarətdir.

Giriş hissədə qısa olaraq Qacarlar dövlətindən bəhs edilir. Bildirilir ki, XIX əsrin əvvəllərindən Cənubi Qafqazı işğal edən Rusiya dövləti türk-müsəlman əhalisini sıxışdırmaqla məşğul olub, onların tarixi torpaqlarına İran və Türkiyədən köçürülən erməniləri məskunlaşdırıb. O da qeyd edilir ki, Qacarlar dövləti dövründə fəaliyyət göstərən diplomatların 90 faizdən çoxu Azərbaycan türkləri olub. Onlar Rusiya, Böyük Britaniya, Fransa, Osmanlı və digər dövlətlərlə sıx diplomatik əlaqə qurublar.

Kitabın birinci fəslində “Qacarlar dövləti və Osmanlı imperiyası”, “Qacarlar dövləti və Fransa”, “Qacarlar dövləti və İngiltərə”, “Qacarlar dövləti və Azərbaycan Xalq Cümhuriyyəti” və s. başlıqlar altında məqalələr verilib. İkinci fəsildə Qacarlar dövründə dövlətin xarici siyasətində yaxından iştirak edən və ayrı-ayrı müstəqil dövlətlərdə Qacarlar dövlətini təmsil edən diplomatların qısa tərcümeyi-halı və siyasi fəaliyyətindən bəhs edilir.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2015.- 9 yanvar.- S. 13.