Misirin müasir möcüzəsi: Şarm Əl-Şeyx

 

 (Əvvəli ötən sayımızda)

 

Şarm Əl-Şeyx-də qaldığımız “Rehana Royal Beach Resort & Spahoteli küçə boyu ikimərtəbəli villalardan ibarətdir. Villaların yerləşdiyi küçələr səliqəlidir, ətraf isə başdan-ayağa yaşıllıq, gül-çiçəkdir. Ümumiyyətlə, şəhərdə çoxlu 3-4 ulduzlu, eləcə də 5 ulduzlu, “Four Seasons”, “Marriot”, “Hiltonkimi məşhur şəbəkələrə aid brend hotellər fəaliyyət göstərir. Hotellərdə turistlərin maraqlı istirahət etməsi üçün müxtəlif əyləncə növləri, tennis, qolf oyunları, trenajor zallarında idmans. təklif edilir.

 

Şarm Əl-Şeyxdəki azərbaycanlılar

 

"EgAz tours" şirkəti də Azərbaycan turistlərini Şarm Əl-Şeyxdə münasib qiymətlərə qəbul etməyə hazırlaşır. Azərbaycanlı turistlər də bölgəyə maraq göstərirlər. Məsələn, səfərimiz zamanı burada istirahət edən və eyni zamanda çalışan azərbaycanlı ailələrlə tanış olduq. Onlardan biri Akif Səfərov öz ailəsi ilə birlikdə istirahət məkanına Tbilisi-Şarm Əl-Şeyx çarter reysi ilə gəlmişdi. Rehana Royal Beach Resort & Spa” hotelində qalan həmyerlimizlə söhbət əsnasında bəlli oldu ki, gəliş-gediş problemi istisna olmaqla onlar buradakı istirahət imkanlarından çox məmnundurlar və təklif edilən zəngin tur proqramları onlara darıxmağa imkan vermir: “Əgər Bakı ilə Şarm Əl-Şeyx arasında birbaşa uçuş olarsa, bu çətinlik də aradan qalxarburaya daha çox azərbaycanlı turist gələr”.

Onu da qeyd edək ki, Şarm Əl-Şeyx nə qədər möcüzəli olsa da, istirahət üçün qiymətlər o qədər də möcüzəli deyil. A.Səfərovun bildirdiyinə görə, 5 nəfərin bir həftəlik istirahəti onlara cəmi 1600 dollara başa gəlib. Turistlərə xidmət isə yüksək səviyyədədir.

Digər həmyerlimiz Anar Hüseynov 15 ildir ki, bu şəhərdə adamı kimi fəaliyyət göstərir. Artıq bir müddətdir ki, qurduğuDiving Center” (suya dalma) şirkətinə rəhbərlik edir. Şirkət turistlərə müvafiq təlimlər keçir. Dayvinq həvəskarları sualtı aləmin rəngarəng gözəllikləri ilə tanış olmaq imkanı əldə edirlər. A.Hüseynovun sözlərinə görə, onun biznes fəaliyyətinə heç bir maneə yoxdur. Həmyerlimiz onu da bildirdi ki, azərbaycanlı turistlər Şarm Əl-Şeyxdə istirahət etməyə böyük maraq göstərirlər və birbaşa reysin açılması bu prosesi daha da intensivləşdirər.

Səfər günlərində "EgAz Tours"un rəhbəri Amr ŞendiTovuz xanımın ailəsi ilə də yaxından tanış olduq. Onların kiçik qızları ŞahendaNuray Misirdə yaşamalarına baxmayaraq, ərəb, ingilis dili kimi Azərbaycan dilində də sərbəst danışa bilirlər, Azərbaycanın tarixi və mədəniyyəti haqqında məlumata malikdirlər.

 

Səhra turu və bədəvi məkanına ziyarət

 

Şarm Əl-Şeyxdə turistlərə müxtəlif proqramlar təklif olunur. Yaxta ilə dəniz gəzintisi, dəvə turu, səhra turu, delfinari, balıq ovu, dayvinq, hündürlükdən paraşütlə tullanma və digər maraqlı əyləncələr burada istirahət edən turistlərə yaradılan gözəl şəraitdən xəbər verir.

Aktiv turizm növünü seçənləri safari - səhra ekskursiyası gözləyir. Bu ekskursiyanı həyata keçirmək üçün də seçimlər müxtəlifdir: məsələn, turist səhranı tur üçün nəzərdə tutulan maşın və ya motosikletlə gəzə bilər. Səfərə çıxmazdan öncə isə qaydalara əməl etmək lazım gəlir: səhra tozundan qorunmaq üçün yaylıqla baş və ağız bağlanmalı və eynək taxılmalıdır. Qışda temperatur müsbət 20-25 dərəcəyədək yüksələn Şarm Əl-Şeyxin səhrasında havanın hərarətini daha çox hiss etmək olur.

Səhrada tur üçün nəzərdə tutulmuş dördtəkərli motosikletlə (kvadrasikl) gəzinti gözəl əhval yaradır. Əlbəttə ki, tur bələdçilərinin müşayiəti altında. İlk baxışdan çətin görünsə də, öyrəndikdən sonra asanlıqla idarə olunan bu səyahət maşınları ilə ucsuz-bucaqsız səhranı qısa müddətə “fəth edirsən”. Ətrafda isə sanki dağlardan gələn əks-sədanı eşidirsən.

İkisaatlıq tur müddətində aradabir fasilə verib bədəvi ərəblərin adət-ənənəsini əks etdirən məkana da baş çəkmək, onların həyat tərzləri ilə tanış olmaq mümkündür. Turistin arzusundan asılı olaraq bu müddətdə bədəvilərin dəvələrinə minmək və gəzmək, bir sözlə, dəvə turu keçirmək şansı da var. Nəhayət, bu da bədəvi həyat tərzi. Hündür dağlarla əhatəyə alınmış bu məkana girişdə ilk diqqəti çəkən məqam iki bədəvi ərəbin dağın ətəyində ibadət etməsi oldu. Divar boyu üstü örtülmüş, hissə-hissə bölünmüş və yerə kilimlər, mütəkkələr düzülmüş bu məkanda əsl bədəvi həyat tərzinin, qonaqpərvərliyin şahidi olursan. Sanki birdən-birə müasir turizm şəhərindən qədim, sivilizasiyadan uzaq məkana düşürsən.

Bədəvilərin düşərgəsindən ayrılaraq yenə səhra ilə geri, şəhərə qayıdanda artıq gün batmağa doğru gedirdi. Axşam isə Azərbaycan media nümayəndələrini Cənubi Sinay yarımadasının qubernatoru general Xalid Fuda ilə görüş gözləyirdi.

 

Misirin məşhur istirahət mərkəzi azərbaycanlı turistləri gözləyir

 

Qubernatorun azərbaycanlı jurnalistlərlə görüşündə Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayev, Cənubi Sinay yarımadasının təhlükəsizlik xidmətinin rəhbəri general Hatem Əmin, yarımada qubernatorunun müşaviri Valid Əl-Sibai, “EgAz Holdingin prezidenti Amr Şendi iştirak edirdi.

Qubernator Azərbaycan-Misir münasibətlərinin, dostluq əlaqələrinin inkişafından söz açaraq buna nümunə kimiqardaş şəhərlər” layihəsindən bəhs etdi. Bildirdi ki, Misirin Kalyopeya şəhəri ilə Azərbaycanın Xırdalan şəhəri qardaşlaşıb və Şarm Əl-Şeyx şəhəri ilə Qəbələ şəhərinin də qardaşlaşması üçün hazırlıq işləri görülməkdədir. Media nümayəndələrinin diqqətinə o da çatdırıldı ki, Misirdə turizmin bütün növləri inkişaf edib və Cənubi Sinay qubernatorluğu Azərbaycan turistlərini bu gözəlliklərdən zövq almağa dəvət edir. Şarm Əl-Şeyxin turizm üçün əlverişli imkanlarından, təhlükəsizlik sistemindən danışan qubernator şəhərin böyük konfranslara, beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini bildirdi.

Qubernator Azərbaycan turistlərinin Şarm Əl-Şeyxdə istirahətini daha rahat təşkil etmək məqsədilə birbaşa reysin açılmasının əhəmiyyətini vurğuladı. X.Fuda bu məsələnin yanvar ayında Bakıya planlaşdırdığı səfəri çərçivəsində bir daha gündəmə gətiriləcəyini bildirdi.

Qubernator bölgəyə gələn turistlərin təhlükəsizliyinə tam təminat verdi: “Bu regionda sabitlik hökm sürür və turistlərin həyatı üçün heç bir təhlükə yoxdur”.

Birbaşa reysin açılmasının Misirlə Azərbaycan arasında nəinki turizm, eləcə də siyasiiqtisadi əlaqələrin genişlənməsi baxımından əhəmiyyətli olacağını dedi: “Misir Azərbaycan investorları üçün açıqdır və onlar, turizmlə yanaşı, kənd təsərrüfatı və iqtisadiyyatın digər sahələrinə sərmayə yatıra bilərlər”. Bildirildi ki, yanvar ayında Azərbaycana səfəri zamanı qubernatoru bir qrup misirli adamı müşayiət edəcək və onlar azərbaycanlı həmkarları ilə gələcək işgüzar əlaqələri müzakirə edəcəklər.

Öz növbəsində səfir Şahin Abdullayev də Azərbaycanın Misirlə bütün sahələrdə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu bildirdi. Qeyd etdi ki, aviareysin açılması ölkələrimiz arasında əlaqələrin inkişafına da təkan verəcək. Səfir həmçinin bildirdi ki, Qəbələ və Şarm Əl-Şeyx şəhərlərinin qardaşlaşması ilə bağlı yaxında sazişin imzalanması gözlənilir: Statistik göstəricilərə əsasən hər il milyonlarla Azərbaycan turisti xaricdə dincəlir və əlbəttə, Misir tərəfi bu potensialdan istifadə etmək niyyətindədir. İki ölkə arasında siyasi əlaqələr yüksək səviyyədədir. Əlbəttə, Azərbaycan və Sinay yarımadası arasında qurulan iqtisadi əlaqələr də hər iki tərəf üçün əlverişlidir”.

Qubernator səfir Şahin Abdullayevə xatirə hədiyyəsi təqdim etdi və şəkil çəkdirildi. Sonda qubernatorun adından Azərbaycan media nümayəndələrinin şərəfinə ziyafət verildi.

 

(ardı var)

 

Mehparə Sultanova,

Bakı-İstanbul-Qahirə-Şarm Əl-Şeyx-Bakı

 

Mədəniyyət.- 2015.- 9 yanvar.- S. 8.