Təbiətin dörd elementi dünyanın zərif varlığı

 

Rəşad Nuriyevin Qadın. Zaman. Məkan sərgisi

 

Yanvarın 7-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda istedadlı rəssam Rəşad Nuriyevin Qadın. Zaman. Məkan adlı ilk fərdi sərgisi açıldı. Sərgi Azərbaycan qadını jurnalının xüsusi layihəsi əsasında təşkil olunub.

 

Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov açılışda çıxış edərək Rəşad Nuriyevin özünəməxsus yaradıcılıq üslubunun olduğunu dedi. Qeyd etdi ki, gənc rəssamın yaratdığı tablolarda rənglərin ahəngdarlığı xüsusilə diqqəti cəlb edir. Rəssamın baş qəhrəmanı qadındır. Bu qadınlar bir tərəfdən çox cazibədardır, digər tərəfdən isə real həyatdan çox uzaqdırlar. Onların hər biri nələrisə anladan simvollardır, eyni zamanda gerçək həyatın izlərini daşıyır. Fərhad Xəlilov daim yaradıcılıq axtarışında olan rəssama gələcək fəaliyyətində uğurlar arzuladı.

Xalq rəssamları Tofiq Ağababayev Səlhab Məmmədov da Rəşad Nuriyevin yaradıcılığı barədə fikirlərini bölüşdülər. Vurğulandı ki, qədim etiqadlara uyğun olaraq rəssam qadının mayasının torpaqdan, havadan, sudan oddan yoğurulduğuna inanır. Odur ki, çəkdiyi rəsmlərdəki qadınların da hər birini təbiət aləminin həmin dörd elementi ilə simvolik bağlılıqda əks etdirir. Onun tablolarına baxanda bir daha anlayırsan ki, qadının varlığını, mahiyyətindəki sirri təşkil edən bu dörd ünsürdən başqa həmişə gizli qalan hansısa beşinci element var.

Daha sonra çıxış edən Rəşad Nuriyev sərginin təşkilatçılarına iştirakçılarına təşəkkürünü bildirdi.

Sonda tədbir iştirakçıları sərgi ilə tanış oldular. Nümayiş olunan əsərlərdə rəssam qədim dövrlərdən müasir zamanadək qadın obrazlarına yeni həyat verib. Vaxtilə qadınların gündəlik həyatlarında mühüm yer tutmuş çətirlər, şlyapalar, fal kartları isə bu obrazları daha dolğun cazibədar edir. Bu obrazlar konkret məkanda təsvir edilsələr , əslində məkanın hüdudlarını aşıb zamanın fövqünə yüksəlməyə qadirdirlər.

Qadın. Zaman. Məkan sərgisi yanvarın 17-dək davam edəcək.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2015.- 9 yanvar.- S. 5.