Mərkəzi Elmi Kitabxanada Britaniya təcrübəsi tətbiq olunacaq

 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının direktoru Leyla İmanova bir qrup əməkdaşla Böyük Britaniyada səfərdə olub.

 

Səfərin məqsədi bu elm müəssisəsinin sisteminə uyğun olan kitabxanaların təcrübəsinin öyrənilməsi idi.

Səfər çərçivəsində Britaniya Kitabxanasının LondonYork şəhərlərindəki bölmələrində bir sıra görüşlər keçirilib. Nümayəndə heyəti bu kitabxanaların kataloqelektron məlumat bazalarının əlaqələndirilməsi, müxtəlif formatlarda daxil olan informasiyanın qeydiyyata salınması, kataloqlaşdırma və rəqəmsallaşdırma təcrübəsi, o cümlədən kitabxanaların fəaliyyət istiqamətləri ilə tanış olub. Eyni zamanda, müasir kitabxana-informasiya xidmətinin təşkili, idarə olunması və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Nümayəndə heyəti həmçinin yeni kataloqlaşdırma standartını tam şəkildə təmin edən avadanlıq və proqram, müasir kitabxana idarəetmə texnologiyaları, eləcə də kitabxana strukturuişçi heyəti üçün peşə standartları ilə tanış olub.

Səfər zamanı Britaniya Kitabxanasından УMilli rəqəmsal yaddaşФ üçün ödənişli əsaslarla məlumatların əldə edilməsi, Mərkəzi Elmi Kitabxanadan kitabların oraya göndərilməsi, ölkəmizdə qərb standartlarına cavab verən nəşriyyat evlərinin şəbəkə siyahısına alınması və digər məsələlərlə bağlı müzakirələr aparılıb, razılaşma əldə olunub.

 

Mədəniyyət.- 2015.- 9 yanvar.- S. 5.