Misir mədəniyyətinə dair kitablar Milli Kitabxanaya təqdim edilib

 

Yanvarın 8-də Bakıdakı Misir Mədəniyyət Mərkəzinin müdiri, doktor Əhməd Sami Elaydy M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirovla görüşüb. Kitabxanadan verilən məlumata görə, görüşdə ölkələrimiz arasında mədəni əlaqələrdən, Azərbaycan Milli Kitabxanası ilə Misir Milli Kitabxanasının uzun illər davam edən səmərəli əməkdaşlığından söhbət açılıb. Əlaqələrin daha da genişləndirilməsi məsələləri müzakirə edilib.

Sonda Əhməd Sami Elaydy ərəb dilində müxtəlif mövzularda olan beş minə yaxın kitabın elektron versiyasını Misir mədəniyyətini əks etdirən kitabları Azərbaycan Milli Kitabxanasına təqdim edib.

 

Mədəniyyət.- 2015.- 9 yanvar.- S. 3.