Azərbaycan Mədəniyyət Mərkəzi fəaliyyətini genişləndirir

 

2007-ci ildə yaradılan Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyası (Azİz) müxtəlif layihələr həyata keçirib, Azərbaycan Mədəniyyət Mərkəzi yaradıb. Mərkəz ötən müddətdə, demək olar ki, direktor Yeganə Salmanın əzmkarlığı sayəsində fəaliyyət göstərib.

Bu günlərdə Afula şəhərinin birinci vitse-meri Mixail Barkanın təşəbbüsü ilə mərkəzə yeni bina ayrılıb. Heydər Əliyev Fondunun köməyi və dəstəyi sayəsində yeni mərkəzdə Azərbaycanın zəngin mədəniyyətindən, çoxəsrlik tolerantlıq ənənələrindən söz açan ekspozisiya yaradılıb.

Yanvarın 6-da mərkəzin yeni binasında tədbir keçirilib. Qonaqlar ekspozisiyalara böyük maraqla tamaşa ediblər. Afulanın vitse-meri Mixail Barkan çıxışında İsrailin Azərbaycandakı konsulu vəzifəsində işlədiyi dövrü yada salıb və həmin illəri ömrünün ən gözəl anları adlandırıb.

Mərkəzin direktoru Yeganə Salman çoxsaylı layihə və planlardan danışaraq bildirib ki, burada alimlər, jurnalistlər, şairlər, yazıçılar, siyasiictimai xadimlərlə müntəzəm yaradıcılıq gecələri keçiriləcək, filmlər nümayiş etdiriləcək. Mərkəzdə dərnəklər, balxalq rəqsləri studiyaları və seksiyaları, ivrit və Azərbaycan dilləri sinifləri açılıb.

 

Mədəniyyət.- 2015.- 9 yanvar.- S. 2.