Qəbələdə yeni turizm obyektləri

 

Qədim tarixi irsinə və coğrafi şəraitinə görə əlverişli turizm məkanı olan Qəbələdə bu sahənin inkişafı üçün mühüm işlər görülür. Hazırda Qəbələdə “Tufandağ” dağ-xizək kompleksində ikinci mərhələ, stendox atıcılığı kompleksində üçüncü mərhələ üzrə tikinti işləri aparılır. Bundan əlavə, akvapark, qolf idmanı və əyləncə mərkəzlərinin, Nohur gölü ətrafında yeni hotellər kompleksinin inşası davam etdirilir. Son bir ildə isə “Qafqaz Karvansarayhotelinin, “Qafqaz Yengicə Termal Hotel və SPA” kompleksinin inşası da turizmin inkişafına əlavə zəmin yaradıb.

Qəbələ Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Nargilə Qafarova bildirib ki, turizm və nəqliyyat infrastrukturunun genişləndirilməsi, 20-dək yenimüasir istirahət mərkəzinin, hotellərin, sağlamlıq-idman komplekslərinin inşası nəticəsində bölgəyə gələn turistlərin sayı xeyli artıb. 2014-cü ildə rayona 50 mindən çox yerli xarici turist gəlib.

Ötən il Qəbələ 30-dan artıq respublika beynəlxalq əhəmiyyətli mədəni-kütləvi tədbirə ev sahibliyi edib. Bu tədbirlər rayona istirahətə gələnlərin sayının artmasına müsbət təsir edir.

 

Mədəniyyət.- 2015.- 14 yanvar.- S. 12.