Bir Səməndər ömrü qədər

 

Ehh, Surxayzadə, nə qoyub, nə axtarırsan. Həə, dünyanın işinə bax, gör, məni nəynən təbrik eləyirlər: dütdülüynən. Vaxt vardı, məni böyük-böyük vəzifələrnən, alovlu çıxışlarnan, fundamental qələbələrnən təbrik eləyirdilər. İndi dütt...dülü...” deyərkən adamın “dütdülü”yə yazığı gəlir, onun sənətkar baxışlarında əzilib ovxarlanmasına heyfsilənirsən. Amma di gəl, vəzifəsini itirmiş Şakir Şəkəroviç Şirinova (“Evləri köndələn yarteleviziya tamaşası), nə hikmətsə, yenə acımırsan. O, bax belə böyük, sözün kiçikliyində, “dütdülünün adından hüdudsuzluqda böyük aktyor idi.

 

Səhnənin, zəngin boyalı obrazların, sənətin əzəməti, məşhurluğun parıltısının altında əriməyən, əzilməyən böyük insan, sənətkar idi. Mənə görə, o, rollarının hər birində ayrı adam yox, elə Səməndər Rzayev idi. Hər rolunda özü olan aktyor ampluasında həm də təkrarsız idi. O, səhnədə-ekranda görünəndə tamaşaçı bir az özünə düzən verib sanki mühakimə ediləcəkmiş kimi dikəlib səhnə-ekrana diqqət kəsilirdi. Cüssəli, zabitəli, ağırbatman (əslində qrimsiz-filansız həm də çox gənc ikən ağsaqqal görkəmində olmağı necə bacarırdı deyə düşünməmək mümkün deyil) aktyorun oyununa, sənətkar əzəmətinə bir ayrı eşq ilə baxırdı.

Ömrün cəmi 41 ilini yola salmış min ilin pirani qocası, dünyanın qəzavü-qədərinə hali bir qəhrəman idi Səməndər Rzayev. Bu gün ömür dayanacağının 70-ci astanasında olmağına belə inanmağımız gəlməyən, illərdir, dünyasını dəyişsə belə, səsi eyni gurultu ilə qulağımızda cingildəyib qaməti gözlərimizə dolub doyuran aktyor sanki var və burdadır. Uca səslə bizə “Ayə nə təfotu var, əəə bunun? Burdan eşit, burdan da oyna da...” - deyən kolxoz sədri Hidayət müəllimin (“Bəyin oğurlanması” filmi) şaqraq qəhqəhəsində sanki “Nə olsun ki, cismən yoxam, elə demək yoxam?!” kimi incik-ərkyana sual verir və ardınca da gülüşü ilə bizi silkələyib oyadır...

 

Bu da belə bir ömürdü...

 

Hərə bir ömür, yaxşı-pis bir tale yaşayır. O da uzun olmayan bir ömür yaşadı. Bu yol ağrılı dönəmdən başladı. Gələcəyin aktyoru dünyaya gələndə (2 yanvar 1945-ci il) Böyük Vətən müharibəsi gedirdi. Bütün müharibə uşaqları kimi yoxsulluq, maddi mənəvi məhrumiyyətlər onun da taleyinə naxış vurdu.

Buna baxmayaraq, o, daxili potensial özünəinamından əl çəkməyərək, qətiyyəti, gələcəyə inamı sayəsində özünü təsdiq edə bildi. Uşaq utancaqlığını bir kənara qoyaraq kiçik səhnələrə çıxaraq bəlağətli səsi, şux görkəmi, iti nəzərləri ilə ətrafına ilk tamaşaçılarını toplamağa başladı. Təsadüfi deyil ki, oxuduğu məktəbdəaktyorləqəbi qoymuşdular ona. Bu addan xüsusi həvəslənən Səməndər Rzayev orta məktəbi bitirib o vaxtkı Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki ADMİU) aktyorluq fakültəsinə qəbul olunur. Gələcəyin aktyorundan imtahan götürən görkəmli sənətkar Rza Təhmasib kursuna yığdığı uşaqlar arasında onun adını qırmızı haşiyəyə alaraq xüsusi nəzarətə götürür.

İlk vaxtlardan Səməndər Rzayevin qeyri-adi istedad səhnə cazibəsinə heyran olan böyük sənətkar pedaqoq onun mükəmməl aktyor kimi yetişməsi üçün əlindən gələni edir. Hətta ilk vaxtlar ona filmə çəkilməyə, teatrda işləməyə icazə vermir bunu dahələ püxtələş, tez məşhurlaşıb məhv olarsankimi qayğıkeşliyi ilə izah edir. Müəlliminin bu məsləhətinə əməl edən Səməndər Rzayev institutu bitirəndən sonra Sumqayıt teatrına təyinat alır. Amma bu teatrda da uzun müddət çalışmır. Potensialı səhnə ustalığı onu ana teatra səsləyir. Ömrünün, yaradıcılığının ən yaddaqalan illərini Akademik Dram Teatrında keçirir, böyük alqışı, tamaşaçı rəğbətini bu teatrın səhnəsində qazanır. Bir-birindən fərqli obrazlar qısa zamanda onu tamaşaçıların sevimli aktyoruna çevirir. Artıq afişada onun adını oxuyan insanlar səhnədə sənət hadisəsinin olacağına əminlik içində yeni səhnə əsərini görməyə tələsirdilər. Obrazının miqyas dərəcəsindən asılı olmayaraq, o, özünəməxsus ifa ecazkarlığı ilə mütləq bir özəllik tapa, özündən obraza əlavə xallar vuraraq onu Səməndər oyunu ladına salırdı.

Akademik Milli Dram Teatrının səhnəsində bu minval sənətkar özəllikləri ilə milli dünya klassiklərdən Hüseyn CavidinXəyyam” (Xacə Nazim), “Knyaz” (Knyaz), “İblis” (İbn Yəmin), Mirzə Fətəli AxundzadəninMüsyö Jordan dərviş Məstəli şah” (Hatəmxan ağa), Səməd VurğununVaqif” (Vaqif), “İnsan” (Valentin), Cəlil MəmmədquluzadəninDəli yığıncağı” (Fazil Küleyni), Cəfər CabbarlınınAydın” (Balaxan) pyeslərinin tamaşalarında müxtəlif xarakterli rollarda çıxış edərək özünün aktyor potensialını göstərə bilir. Onun xüsusi ecazkarlıqla ifa etdiyi "Həyatın dibində" (M.Qorki), "Hamlet" (U.Şekspir), "Cehizsiz qız" (A.Ostrovski) s. tamaşalardakı bir-birindən fərqli obrazlar ilə aktyorun amplua anlayışlarını darmadağın edərək istənilən ədəbi qəhrəmanın daxili aləminə nüfuz edərək onu yüksək sənət estetikasında nümayişinə nail olur. Onu xarakterizə edən müasirləriSəməndər Rzayev yaradıcı sənətkar idi. O heç vaxt pyesə doğma kimi baxmazdı. Özü obraz üçün ştrixlər axtarırdı. Rejissorları da bu "ixtiralar"ın sərfəli olduğuna inandıra bilirdikimi analizlər, ümumi bənzətmələr verməklə aktyorun peşəkarlığı sənət bilgisini göstərməyə çalışırlar.

Tanınmış teatrşünas, sənətşünaslıq doktoru, professor İlham Rəhimli "Səhnəmizin fədailəri" adlı kitabında ölməz sənətkarı xarakterizə edərək yazır: “Səhnədə baş verə biləcək hər hansı gözlənilməz hadisə anında yüksək peşəkarlıqla improvizə edirdi. Xırda bir detaldan, adi bir deyim tərzindən yüksək, koloritli xarakter yaratmaq səviyyəsində bəhrələnirdi. Son dərəcə yüksək əlvan çeşidli səhnə texnikası vardı...”

 

Səsinin sehri ilə

 

Səməndər Rzayevin yaradıcılıq yolu çoxşaxəlidir. Onun sənət tərcümeyi-halında teatr da var, kino da, radio da, televiziya da. Qiraət ustası kimi televiziyada, əsasən isə radioda çoxlu lent yazıları qalıb. O, özgələşmə prinsipini səhnədə böyük məharətlə həyata keçirən aktyor idi.

O, kinoda dublyaj sənətinin korifeylərindəndir. Təsadüfi deyil ki, kinostudiyanın dublyaj sexində, demək olar ki, günlərlə filmlərə səsini yazdıran aktyor beləcə səsləndirdiyi obrazlarda da bir sənət, sənətkar izi qoya bildi. Bundan başqa, o, radionunBulaqverilişinin aparıcısı kimi ürəklərə bulaq kimi axmağı, səsin, bədii fikrin, ədəbi nümunənin söz incisi qüdrətində təqdimatına nail oldu. Məhz onun səsi ilə lentə alınan verilişlər bu gün radionun qızıl fondunda qorunaraq gələcək nəsillərə ərməğan kimi saxlanılır.

 

Kinomuzun Səməndərli kadrları

 

Milli kinomuzun nadir nümunələrində onun adı var. İlk olaraq epizodik rollarla kinoya gələn aktyor kəşf olunmasını elə çox gözləmir. Qısa zamanda kinoda da öz sözünü deyir. Doğrudur, onun aktyorluq potensialında kinomuzda yetərincə istifadə olunmasa da, bir sıra yaddaqalan obrazları - Səməndərli anları kino tariximizə köçürməklə onu daha da zənginləşdirə bilib.

Kinoda ilk böyük obrazı olan "Nəsimi" filmindəki Şirvanşah İbrahim aktyorun ifasında inandırıcı səmimi alınır. O, tarixi şəxsiyyətinmən”ini, bütün xarakterik cizgilərini özündən keçirərək ona bir qəhrəman baxışı, əsl böyük vətənsevər görkəmi verməyi bacarmışdı. Ümumən milli koloriti, Azərbaycan kişisinin xarakterik xüsusiyyətlərini yaratdığı fərqli obrazlarda ustalıqla hiss etdirən, özünəməxsus ştrixlərin köməyi ilə bu nüansı vurğulamağı ustalıqla bacaran aktyor bütün yaradıcılığı boyu bu ənənəsinə sadiq qaldı.

Ona görə Səməndər Rzayevin qəhrəmanları, həqiqətən, səmimi, ətrafındakılara diqqətli olan insanlardır. Bəlkə bu onun öz xarakterindən doğan cəhət idi. Axı aktyorun öz daxili "mən"ini gizlətməsi hər vaxt mümkün olmur. İstər-istəməz özündəki temperament, psixoloji məqamlar üzə çıxır. Məhz onun sənətkar səadətinin mərkəzində bu məqam dururdu.

Bir bizdən biri, yəni ətrafımızdakı tipajlardan ortaq xüsusiyyətləri toplamaqla o, sadə insanı qəhrəmana çevirərək ekrandan sevdirə bilirdi. Bu mənada "Bəyin oğurlanması", "Babamızın babasının babası", "Bağ mövsümü" kimi filmlərdəki fərqli insan xarakterlərinə usta yanaşma ilə yaddaqalan obraz yaratmaq bacarığı bizi valeh edir.

Aktyorun televiziya tamaşalarındakı obrazları isə onu xüsusilə geniş tamaşaçı kütləsinə sevdirməklə yanaşı, koloritli obrazlar qalereyasının daha da zənginləşməsinə zəmin yaratdı.

 

Soyuq səhnədə hərarətli son

 

O, təklif olunan rolların böyük-kiçikliyinə baxmayaraq, səhnədə, ekranda görünməkdən doymayan aktyor vücudunun vəfasızlığına axıradək tab gətirib tamaşaçı zalında onu səbirsizliklə gözləyən pərəstişkarlarını son nəfəsinəcən tək buraxmadı. Doymadığı alqış sədalarının gurultusunda əbədi səadətinə bir addım da yaxınlaşdığını unudaraq elə hey onlara doğru tələsdi.

Artıq yeriyəndə yer silkələnən, danışanda gözləri lərzəyə salan Səməndər Rzayev zəifləyib taqətdən düşsə , səhnədən, sevimli tamaşaçılarından qopa bilmədi. Dram Teatrının səhnəsindəKözərən ocaqlartamaşasında oynamaq üçün birbaşa xəstəxanadan səhnəyə gəlib közərən gözlərindəki sevgi qığılcımları ilə zəifləmiş vücudunu toplayıb soyuq səhnədə hərarətli nəfəsiylə son sözünü dedi əbədi yolçuluğuna doğru yol aldı. Həm də geridə buraxdığı böyük sənətkar izi ilə...

 

Həmidə Nizamiqızı

 

Mədəniyyət.- 2015.- 14 yanvar.- S. 11.