Bakı dünyanın ən görməli şəhərləri sırasında

 

ABŞ-ın «The New York Times» qəzetinin hazırladığı 2015-ci il üzrə dünyanın ən görməli 52 məkanı siyahısına Azərbaycanın paytaxtı da daxil edilib. Siyahıda dünyanın müxtəlif mədəniyyətlərini təmsil edən ölkələrin (Kuba, Makedoniya, Zimbabve, İtaliyas.) şəhərləri yer alıb. Qəzetdə dərc olunan siyahıdakı bütün məkanlar haqqında məlumat verilir.

 

Bakı haqqında məlumatlarda bildirilir ki, qədim tarixiDubay stilli görünüşü bu şəhəri turist xəritəsində özünəməxsus istiqamət kimi bərqərar edib. XX əsrin sonunda başlanan ikinci neft bumu Xəzər sahilində yerləşən bu əzəmətli şəhərə böyük zənginlik və yeni imkanlar bəxş edib: «Son dövrlərdə Azərbaycan hökuməti neftdən gələn gəliri möhtəşəm tikinti layihələrinə yönəldir. Maraq kəsb edən layihələrə misal kimi, xarici görünüşü ilə alov dillərini xatırladan, 190 metr hündürlükdə olanbir binası “Fairmonthoteli olanAlov Qüllələri” kompleksini və layihəsi məşhur memar Zaha Hadid tərəfindən hazırlanmış Heydər Əliyev Mərkəzinin dalğavarı binasını göstərmək mümkündür. Şəhərdə «Four Seasons», «Hilton Baku» və «Kempinski Badamdar» kimi beynəlxalq nüfuza malik hotellər fəaliyyət göstərir. Bununla yanaşı, iyun ayında ölkədə keçiriləcək “Bakı-2015” Avropa Oyunları ilə açılışı təxminən eyni vaxta təsadüf edəcək 33 mərtəbəli və yelkən formasında inşa edilən «Trump International Hotel & Baku Tower»in binası da bu möhtəşəm tikililər siyahısına əlavə olunacaq».

 

Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2015.- 14 yanvar.- S. 9.