Şahdağa səyahət turları

 

Hazırda qış turizm mövsümünün qaynar vaxtıdır. «Şahdağ» Qış-Yay Turizm Kompleksi bu günlər turistlərin daha çox seçdiyi istiqamətdir. Turizm şirkətləri həftəsonları bu məkana turlar təşkil edirlər.

 

«AtaTravel» MMC-nin direktoru Vüsal Əliyevin sözlərinə görə, «Şahdağ»a səfər bir nəfər üçün avtobus, səhər yeməyi, bələdçi və fotosessiya daxil olmaqla, 20 manat təşkil edir. Təcrübəsi olanlarla yanaşı, heç vaxt xizəklə sürüşməyənlər də çəkinmədən kompleksə gedə bilərlər: «Burada yeni öyrənənlər üçün xüsusi təcrübə məkanı və xizək məktəbi açılıb. Peşəkar xizəkçilər hazırda kompleksin istifadəyə verilmiş 7 xizək zolağından istifadə edirlər. Bu zolaqlardan məsafəyə görə ən böyüyünün uzunluğu 2 kilometrə bərabərdir. Turistlər xizək enişinə başlamaq üçün kompleksdə artıq istifadəyə verilmiş dörd kanat yolundan da yararlanırlar».

«Şahdağ» kompleksi 2012-2013-cü ilin qış mövsümündən qonaqların qəbuluna başlayıb. Ötən dövrdə təxminən 200 minə yaxın yerli və əcnəbi turist kompleksə səfər edib.

 

 Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2015.- 14 yanvar.- S. 9.