Alim Qasımovun Tehranda möhtəşəm konserti

 

Azərbaycanın Xalq artisti Alim Qasımov Tehranda Vəhdət sarayında geniş konsert proqramı ilə çıxış edib. Xanəndə konsertdə qızı, Əməkdar artist Fərqanə Qasımova ilə səhnəyə çıxıb.

Konsertdə Alim Qasımovu Tehran Simfonik Orkestri müşayiət edib. Dünya şöhrətli ifaçının səsləndirdiyi xalq və bəstəkar mahnıları böyük alqışlarla qarşılanıb.

Xanəndənin mətbuat katibi Səadət Möhübovanın bildirdiyinə görə, nəzərdə tutulmuş iki konsertdən sonra böyük tamaşaçı istəyi nəzərə alınaraq üçüncü konsertin də keçirilməsinə qərar verilib. Bu səbəbdən yanvarın 13-də Alim Qasımov yenidən Tehranda musiqisevərlərin qarşısına çıxıb.

Qeyd edək ki, Alim Qasımov ötən ilin mayında Tehranın Milad sarayında konsert vermişdi.

 

Mədəniyyət.- 2015.- 14 yanvar.- S. 5.