Televiziya muğam müsabiqəsinin Şirvan bölgəsi üzrə seçim turu

 

Şamaxı Şəhər İncəsənət Təhsili Mərkəzində V televiziya muğam müsabiqəsinin Şirvan bölgəsi üzrə seçim turu keçirilib. Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilən müsabiqənin seçim turuna Şamaxı, Qobustan, İsmayıllı, Göyçay, Zərdab və Laçın rayonlarından 25 istedadlı gənc qatılıb. Onların çıxışlarını görkəmli sənətkarlar - xalq artistləri Arif Babayev, Ramiz Quliyev, Səkinə İsmayılova, Mənsum İbrahimov, Əməkdar incəsənət xadimi, Azərbaycan Bəstəkarlar İttifaqının katibi Sərdar Fərəcov və Əməkdar incəsənət xadimi Nadir Axundovun daxil olduqları münsiflər heyəti qiymətləndirib.

Gənc istedadlar arasında 4 nəfər seçim turunun qalibi elan edilib. Şamaxıdan Elim Ömərov, Şahmar Hacıyev, Qobustandan Nicat Cəbrayılov Zərdabdan Səbuhi Məmmədov Bakı şəhərində keçiriləcək ikinci tura vəsiqə qazanıblar.

 

Mədəniyyət.- 2015.- 14 yanvar.- S. 4.