Laçın Tarix-Diyarşünaslıq Muzeyində xatirə tədbiri

 

20 Yanvar faciəsinin 25-ci ildönümü münasibətilə Bakı şəhəri Nərimanov rayon Əliş Quliyev adına 2 saylı peşə liseyində yerləşən Laçın Rayon Tarix-Diyarşünaslıq Muzeyində xatirə tədbiri keçirilib.

Əvvəlcə Tarix Diyarşünaslıq Muzeyinin direktoru Türkanə Nuriyeva, Rəsm Qalereyasının direktoru Xaliq Dünyamalıyev və Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Ofeliya Şükürova çıxış edərək 20 Yanvar faciəsi haqqında söhbət açıblar. Sonra Laçın Rayon Dövlət Rəsm Qalereyası tərəfindən hazırlanmış 20 Yanvar mövzusunda videofilmə baxış keçirilib.

Tədbirdə Laçın rayon şəhidlərinin fotoşəkillərdən ibarət sərgi də nümayiş olunub.

Qeyd edək ki, 2 saylı peşə liseyinə adı verilmiş cəsur Vətən oğlu Əliş Quliyev də 20 Yanvar faciəsində şəhid olub.

 

Mədəniyyət.- 2015.- 16 yanvar.- S. 13.