Tufandağ” kompleksində xizək mövsümü

 

Qəbələ rayonundakı “Tufandağturizm kompleksində yeni xizək mövsümünün açılışı olub. Kompleksin marketinq şöbəsinin rəhbəri Ruslan Rəhimov bildirib ki, obyektin tikintisində işlərin birinci mərhələsi başa çatdırılıb və hazırda ikinci mərhələ üzrə inşaat işləri görülür.

 

Ötən ilin yanvarında Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən kompleksin 4 kanat xəttindən 3-də və 10 xizək yolundan 5-də tikinti işləri tamamlanıb. Turistlərin istirahətinin təşkili üçün restoranlar açılıb, bütün dağ-xizək yolları süni qaryağdıran generasiya sistemi ilə təchiz edilibgün ərzində kompleksdə 3 min nəfərə xidmət göstərilməsi üçün şərait yaradılıb.

Ruslan Rəhimovun sözlərinə görə, “Tufandağkompleksinin xidmətlərindən ötən bir il ərzində 137 mindən çox yerlixarici qonaq bəhrələnib. Yanvarın əvvəlində kompleksdə yeni xizək mövsümünə start verilib. Son günlər Qəbələyə yağan qar kompleksin dağ-xizək yolunda qalın və keyfiyyətli qar örtüyü yaradıb. Bakıdan, respublikanın müxtəlif şəhər və rayonlarından, eləcə də xarici ölkələrdən xizək həvəskarları Qəbələyə gəlirlər.

Marketinq şöbəsinin rəhbəri müxtəlif turizm şirkətləri tərəfindən “Tufandağ” kompleksinə xizəkçiliklə əlaqədar xüsusi turların təşkil edildiyinibildirib. Turistlər əvvəlcə kanat yolu ilə uca dağların zirvəsinə qalxaraq oradan Qəbələ şəhərini, Duruca kəndini və ətrafdakı çayları, meşələri, gözəl mənzərəni seyr edir, xatirə şəkli çəkdirirlər. Bir nəfər üçün 10 manat pul ödəməklə kompleksin 3 kanat yolu ilə dağlarda 5 kilometr məsafə qət edə bilirlər. Xizəkdən istifadə etmək üçün isə yarım gün üzrə ödəniş 20 manatdır.

 

Mədəniyyət.- 2015.- 16 yanvar.- S. 12.