Ağsu rayonu ərazisində qədim yaşayış məskəni

 

Azərbaycan Milli Elmlər Akademiyası ArxeologiyaEtnoqrafiya İnstitutunun Ağsu arxeoloji ekspedisiyası rayonun Bəyimli kəndi ərazisində yerli əhalinin УTorpaq qalaФ adlandırdığı yerdə qədim yaşayış məskəni aşkar edib.

Professor Qafar Cəbiyevin rəhbərliyi ilə 2000 kvadratmetr sahədə aparılan ilkin kəşfiyyat qazıntıları III-VIII əsrlərə aid olması ehtimal edilən şəhərin mədəni təbəqəsini əhatə edib. 2014-cü ildəki tədqiqatlar zamanı yaşayış evləri, daş döşənmiş yollar, iri təsərrüfat küpləri aşkarlanıb. Qazıntılar nəticəsində Roma, SasaniBizans dövlətlərində zərb olunan misgümüş sikkələr tapılıb. Tunc və əqiq möhürlər, nərd zərləri və daşları, ilbiz formalı nadir saxsı qablar abidənin zəngin olmasından xəbər verir.

Rumıniyadan dəvət olunan mütəxəssis Nicu Cristi abidənin topoqrafik planını hazırlayıb. Nəticədə divarları ilə birlikdə şəhər qalıqlarının 12 hektar ərazini əhatə etdiyi bəlli olub. Şəhər çiy kərpicdən hündür qala divarları ilə əhatə edilib. Qalanın Mehravanlar sülaləsinə mənsub olduğu ehtimal olunur. Qafqaz Albaniyasında sonuncu hakim sülalə olan Mehravanların ilk qala şəhərlərinin bu ərazidə olduğu güman edilir.

Yeni aşkarlanan abidədə arxeoloji qazıntılar УMirasФ Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin dəstəyi ilə həyata keçirilib. 2015-ci ildə ərazidə arxeoloji tədqiqatlar davam etdiriləcək.

 

Mədəniyyət.- 2015.- 16 yanvar.- S. 11.