«Şahdağ» kompleksində «Enerjili mövsüm ili»

 

Mövsüm başlayandan kompleksə 25 mindən çox turist gəlib

 

Azərbaycanda qış turizm mövsümünə dekabrın 20-dən start verilib bu müddət ərzində «Şahdağ» kompleksinə 25 min nəfərdən artıq turist gəlib. Bu barədə qəzetimizə açıqlama verən kompleksin müştərilərlə şöbəsinin müdiri Aygün Həsənovanın sözlərinə görə, gələn turistlər arasında əcnəbi vətəndaşların sayı ötən ilə nisbətən daha çoxdur. Bu mövsümdəŞahdağ»a gələnlərin arasında əcnəbilərin sayı 5-10 faiz təşkil edir.

 

Aygün Həsənova kompleksdə turistlər üçün bir çox əyləncə xarakterli əlavə xidmətlərin təşkil edildiyini diqqətə çatdırdı. Belə tədbirlərdən biri yanvarın 24-də keçiriləcək «JAGUAR Snow Bowling» ekstremal yarışıdır: «Layihə «SaySome Production» «JAGUAR Energy Drink» tərəfindən təqdim olunur. Yarışda iştirak etmək istəyənlərin qeydiyyatı yanvarın 10-da bitib. Bu oyunun Azərbaycanda «Şahdağ» kompleksində ilk dəfə keçirilməsinə baxmayaraq, maraqlananlar çoxdur».

Həmsöhbətimiz «Şahdağ»da bu tipli daha bir oyunun fevralın 8-də keçiriləcəyini dedi. Bu, kompleksdə artıq ikinci dəfə reallaşacaq «Red Bull Shakh Carpat» («Xalçalı Redbull») yarışıdır. Ötən il ilk dəfə keçirilən bu oyun böyük maraq doğurmuşdu. Müsabiqənin ideyası ondan ibarətdir ki, müxtəlif kostyumlar geyinmiş, dağdan enmək üçün vasitələrlə təchiz olunmuş iştirakçılar enişin sonunda kiçik tramplinin üzərindən hovuza atlanırlar. İştirakçıların xüsusi olaraq müsabiqə üçün düzəltdikləri hərəkət vasitələrinin əsas elementi mütləq xalça ornamenti olmalıdır: “Unikal tamaşa, unudulmaz əyləncə, bol ekstrim, eləcə bir çox maraqlı mükafatların olacağı yarışma «Şahdağ» kompleksinin dəstəyi ilə keçirilir. Bu vaxtadək 1000-dən çox iştirakçı qeydiyyatdan keçib. Qeydiyyat bitdikdən sonra onların arasında seçim edəcəyik. İştirakçılar həkimlər qrupu tərəfindən hərtərəfli yoxlanılır. Çünki oyunlarda tam sağlam adamlar iştirak edə bilər. Üstəlik, onlar «PaşaSığorta» tərəfindən sığortalanır. Hər iki oyun zamanı iştirakçıların bütün xərcləri (avtobus, yemək s.) təşkilatçılar tərəfindən qarşılanır».

Kompleks nümayəndəsi «Şahdağ»da qiymətlərin gün ərzində dəyişdiyini dedi. Belə ki, kanat yollarından istifadə 08:00-dan 16:30-dək 25 manat, 08:00-dan 12:30-a kimi 15 manat, 12:30-dan 16:30-a kimi isə 15 manatdır. Bu qiymətə kanat yolundan istənilən qədər istifadə etmək olar. 1 dəfə istifadə isə böyüklər üçün 10, uşaqlar üçün 6 manatdır. Kompleksdə xizək yollarına aparan 3 kanat istifadədədir. Turda növbəsiz xizək kirayələmək istəyən turistlər mütləq ən azı turun başlamasına 3 gün qalmış ad, soyad, boy, çəki, ayaq ölçüsü doğum tarixlərini sifariş verdikləri turizm şirkətinə bildirməli ödəniş etməlidirlər. Xizəyin kirayə qiyməti 20 manat təşkil edir. Xizəkdən istifadə qiyməti vaxta görə bölünməyib, yəni 1 saatlıq ya 1 günlük qiymət eynidir.

Qeyd edək ki, «Şahdağ»da zəngin menyuları olan restoran da turistlərin ixtiyarındadır. Bundan əlavə, kompleksdə maşın dayanacağı, tibb məntəqəsi, xizək məktəbi, xizək-idman avadanlıqları satılan dükan da fəaliyyət göstərir.

 

Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2015.- 16 yanvar.- S. 9.