Biz birlikdə böyük layihələrə imza ata bilərik

 

Türk dünyasının birləşmiş səsləri artıq daha böyük müvəffəqiyyətlərin əldə olunacağına zəmin yaradır

 

Türk dünyasının UNESCO-su hesab edilən TÜRKSOY təşkilatı fəaliyyətini genişləndirməkdədir. Hər il neçə-neçə yeni layihələrə imza atan qurum ötən ilin dekabrında təkcə Bakıda üç tədbirin təşkilatçılarından oldu. Bu sırada dekabrın 18-də TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə milli komissiya və komitələrinin 5-ci iclasını xüsusi qeyd etmək lazımdır. TÜRKSOY-un baş katibi Düsen Kaseinovla söhbətimizdə də təşkilatın son vaxtlar həyata keçirdiyi layihələrə toxunduq. Söhbətə UNESCO-TÜRKSOY əməkdaşlığından körpü saldıq.

 

- Bakıda keçirilən toplantıda türkdilli ölkələrin UNESCO ilə əməkdaşlığı müzakirə olundu, bir sıra təşəbbüslər səsləndi. Bugünlərdə isə UNESCO-nun baş direktoru İrina Bokova Ankarada TÜRKSOY-un mənzil-qərargahını ziyarət etdi. Bu istiqamətdə prosesləri necə dəyərləndirirsiniz?

- İki təşkilat arasındakı mövcud əməkdaşlıq sazişinin uğurlu nəticələrini görürük. Məsələn, UNESCO-nun Parisdəki mənzil-qərargahında TÜRKSOY tərəfindən Novruz bayramına həsr edilmiş konsert, dünya şöhrətli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin Arşın mal alan operettasının 100 illiyi ilə bağlı mərasim, eləcə də 2014-cü ilin dekabrında Bakıda TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə milli komissiya və komitələrinin beşinci iclası. Bu tədbirlərin hər birinə UNESCO öz dəstəyini verdi. Xanım Bokovanın Ankaraya səfəri zamanı iki təşkilatın birgə layihələri və əməkdaşlıq perspektivlərindən danışdıq. Məsələn, 2015-ci ilin martında UNESCO-nun 70 illiyinə həsr olunacaq Novruz konserti, apreldə isə təşkilatın mənzil-qərargahında Kitabi-Dədə Qorqud simpoziumunun keçirilməsi planlaşdırılır. Sevindirici haldır ki, İrina Bokova da iki təşkilat arasında münasibətlərin əhəmiyyətini, türk xalqlarına aid mədəni irs nümunələrinin UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi istiqamətində görülən işləri yüksək dəyərləndirir. Görəcəyimiz işlərdən biri də 2016-cı ildə UNESCO ilə TÜRKSOY arasında əməkdaşlığın 20 illiyi ilə bağlı beynəlxalq tədbirin təşkilidir. Bundan başqa, TÜRKSOY-a üzv ölkələrin UNESCO-dakı daimi nümayəndəlikləri arasında işlərin koordinasiyalı şəkildə qurulması da müzakirə etdiyimiz məsələlər arasındadır. Ümumiyyətlə, mən əminəm ki, əməkdaşlığın genişlənməsi gələcəkdə daha faydalı nəticələr verəcək. TÜRKSOY-UNESCO əməkdaşlığı, iki təşkilatın dəstək verdiyi layihələr nəticə etibarilə ümumtürk mədəni irsinin dünyada təbliğinə töhfə verir.

- Ötən il həm də TÜRKSOY-un Bakıda keçirdiyi tədbirlərlə də əlamətdar oldu...

- Bəli, ötən ilin təkcə son ayında Bakıya iki dəfə gəlmişəm və bu müddətdə üç tədbir keçirmişik. Dekabrın 8-də Mədəniyyət və Turizm NazirliyiAvrasiya Yazarlar Birliyi ilə III beynəlxalq Mahmud Kaşğarlı hekayə müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi, dekabrın 9-da Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə Azərbaycan Milli Kitabxanasında görkəmli qırğız şairi, ozanı və bəstəkarı Toktoqul Satılqanovun 150 illiyinə həsr edilmiş beynəlxalq elmi konfrans keçirdik. Ayın 18-də isə TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə milli komissiya və komitələrinin iclası oldu. Azərbaycan paytaxtında keçirilən bu tədbir bir daha göstərdi ki, biz bir araya gələndə, birlikdə necə böyük layihələrə imza ata bilərik.

- Eşitdiyimizə görə, bir neçə ay öncə ağır ürək əməliyyatı keçirmisiniz. Amma buna baxmayaraq, fəaliyyətinizə gözləndiyindən tez başladınız. Təşkilatın çox geniş tədbirlər proqramı varsizin qrafikinizin gərgin olduğu görünür. TÜRKSOY-a rəhbərliyiniz dövründə qurumun fəaliyyəti da daha dinamik olub...

- Bəli, həkimlərin məsləhət gördükləri vaxtdan daha tez işə başladım. Onlar mənə hələ işlə məşğul olma desələr də, mən bacarmadım. Çox tez sağalmaq və işə başlamaq istəyirdim. Və bunu da özümə təlqin edirdim. Mən ki, özümü necə hiss etdiyimi başqalarından daha yaxşı bilirəm. Həkimlər bəzən özlərini sığorta edirlər: təyyarə ilə uçmaq olmaz, gərgin işləmək olmazs. Əslində isə, məşğul olduğum mənə sağlamlıq verir. Ona görə ki, bu mənim sevincimdir. Öz işimdən hər zaman məmnunam. Bu yaşıma qədər bütün ömrüm boyu işləmişəm və gördüyüm hər bir mənə zövq verib. Son illər çox maraqlı bir işlə - türk dünyasının ümumi mədəniyyəti ilə məşğul oluram. Türk dünyasına töhfələrimizi verməyə çalışırıq. Bilirəm ki, biz öz ünsiyyətimizdə, əlaqələrimizdə böyük vaxt itirmişik. Yəni arada müəyyən dövr əlaqələrimiz kəsilib. Amma qısa müddətdə keçirdiyimiz bütün bu tədbirlər böyük əks-səda doğurdu. Hətta UNESCO-nun bizə təklif etdiyi işbirliyiTÜRKSOY-un necə böyüdüyünü, fəaliyyətinin zənginləşdiyini göstərir. Türk dünyasının birləşmiş səsləri artıq daha böyük müvəffəqiyyətlərin əldə olunacağına zəmin yaradır.

- Buradan belə bir nəticəyə gəlmək olarmı ki, UNESCO-nun TÜRKSOY-la əməkdaşlığına da elə qurumun fəaliyyəti stimul verir?

- Əlbəttə, TÜRKSOY artıq UNESCO-nun müəyyən olunmuş mühüm bir hissəsidir. İrina Bokova ilə də bu barədə söhbət etdiko bundan çox məmnun oldu. Yəni biz artıq qurumun bərabərhüquqlu tərəfdaşıyıq.

- Bakıda keçirdiyiniz tədbirlərdən danışdınız. Ümumiyyətlə, bütün türkdilli respublikalarda fəaliyyətiniz genişlənməkdədir. Yəqin burada həm formalaşmış komanda amili az rol oynamır?

- Uğurlarımızın kökündə ilk növbədə komanda dayanır. Biz tarixdə şəxsiyyətlərin rolunu çox müzakirə etmişik. Amma bizim əldə etdiklərimiz kollektiv işbirliyinin nəticəsidir. Biz böyük siyasi liderlərdən, xüsusilə müstəqillik əldə edən respublikaların rəhbərlərindən çox danışırıq. Baxın, Sovet İttifaqı dağıldıqdan sonra respublikalar müstəqil oldu. Hər biri elə bil ki, sıfırdan başladı. Bu gün nəzər salaq - Heydər Əliyevin xidmətləri sayəsində Azərbaycan böyük uğurlara nail oldu bunu nəticələrdən görürük. Onun uğurlu siyasi kursunu İlham Əliyev davam etdirir respublika sürətlə inkişaf edir. Bu gün Azərbaycan müxtəlif sahələrdə ən böyük tədbirlər, forumlar keçirmək imkanlarına malikdir. Mən bu tədbirlərin çoxunun iştirakçısı olmuşam. Sevindirici haldır ki, yenə bu ilin mayında Bakıda keçiriləcək Dünya Mədəniyyətlərarası Dialoq Forumuna ən vacib təşkilatçılardan biri kimi dəvət aldıq. Bu bizim üçün xoşdur, həm məsuliyyətdir. Mühüm olan budur ki, biz hər zaman tərəfdaşlarla işləyirik. Tərəfdaşlar isə bizim üzvlərimiz olan türkdilli ölkələrin nazirləridir. Bizim Azərbaycanın mədəniyyət turizm naziri Əbülfəs Qarayevlə yaxın münasibətlərimiz var. Ümumi işimizə aid olan hər hansı bir məsələdə hətta telefon zəngi ilə biz bir-birimizə dərhal kömək edirik. Bunu faktlarla da göstərmək olar. Bu günə qədər TÜRKSOY Azərbaycanda bir çox kütləvi tədbirlər keçirməklə yanaşı, ölkənizin tanınmış şəxsiyyətlərinin yubileylərini Türkiyədə digər türkdilli ölkələrdə, hətta Avropada qeyd edib. Bu sıraya Hüseyn Cavid, Əhməd Cavad, Mirzə Fətəli Axundzadə, Niyazi, İlyas Əfəndiyev, Əli bəy Hüseynzadə başqalarının adlarını aid etmək olar. Üzeyir Hacıbəylinin Arşın mal alan operettasının 100 illiyini Parisdə Strasburqda keçirdik. Əlbəttə, bütün bunlar Azərbaycanın Mədəniyyət Turizm Nazirliyi ilə əməkdaşlıq əsasında gerçəkləşir. Artıq Qazaxıstanda əyalətlərdə tədbirlər təşkil edirik. Ümumiyyətlə, mədəniyyət nazirləri ilə birlikdə belə qərara gəlmişik ki, əvvəllər olduğu kimi tədbirləri təkcə paytaxtda deyil, regionlarda da keçirək. Biz bu prosesə əvvəlcə Türkiyədən başladıq, indi isə digər türkdilli ölkələrdə bu çevrəni genişləndiririk. Məsələn, ötən il TÜRKSOY-un Rəssamlar görüşünü, türk dünyası moda dəfiləsi konsertini Şəkidə keçirdik. Eyni zamanda Qəbələdə tədbirimiz olub. Bununla da biz artıq paytaxt sərhədlərini keçir, regionlara yaxınlaşırıq. Məsələn, bu günə qədər Qazaxıstanın 5-6 şəhərində tədbir keçirmişik. Axı, bu şəhərlər tez-tez beynəlxalq tədbirlər keçirə bilmirlər. Öz növbəsində əyalətlər belə tədbirlərə maraqlıdır, var qüvvələri ilə hazırlıq işləri görüb, özləri bizi dəvət edir ki, bu da bizim fəaliyyətimizin mühüm mərhələsidir.

- Qarşıda yeni işlər, layihələr var. Onlardan biri Türk dünyasının mədəniyyət paytaxtının növbəti açılış mərasimidir...

- Türkmənistanın Mərv şəhərini 2015-ci il üzrə Türk dünyasının mədəniyyət paytaxtı elan etmişik il boyu orada tədbirlər keçirəcəyik. Bildiyiniz kimi, ötən il paytaxt missiyasını Kazan böyük müvəffəqiyyətlə yerinə yetirdi. Bu həm Rusiyanın regionu olduğu üçün bir tərəfdən sevindirici, digər tərəfdən məsuliyyətli idi. Şəhərdə ilboyu tədbirlər yüksək səviyyədə gerçəkləşdi, o cümlədən Türkvizyon mahnı müsabiqəsinin finalı da möhtəşəm keçdi. Əminəm ki, festival Türkmənistanda da uğurla reallaşacaq. Türkvizyon müsabiqəsi artıq dünya ictimaiyyətinin diqqətini cəlb edir.

- TÜRKSOY-un Rusiya Federasiyasının türk-müsəlman respublikaları ilə əlaqələri genişlənir...

- Ötən ilin noyabrında Moskvada Rusiyanın Mədəniyyət Nazirliyi ilə Qarşılıqlı anlaşma haqqında memorandumu imzaladıq. Bu bizim üçün çox mühüm faktdır. Bu sənəd Rusiya Federasiyasının subyektləri TÜRKSOY arasında humanitar əməkdaşlığın, mədəniyyət incəsənət sahəsində əlaqələrin möhkəmlənməsinə kömək edəcək. Qeyd edim ki, ilk birgə layihələrdən biri Novruz bayramına həsr olunmuş tədbir ola bilər. Rusiyanın türkdilli regionlarında da müştərək tədbirlər keçirəcəyik. Bu il Rusiyada Ədəbiyyat ili elan olunub. Rusiya çoxmillətli ölkə olduğu üçün bu, ədəbiyyatın təbliğatına dəstək verəcək. Bu il çərçivəsində həm türkdilli xalqların ədəbiyyatına diqqət yetiriləcək. Biz bu ili anadan olmasının 130 illiyi ilə əlaqədar Hakas dastançısı, ozanı folklorçusu Semen Kadışevə həsr etmişik. Bu həm ədəbiyyatın təbliğinə dəstək olacaq, həm tədbirlərimiz daha geniş miqyasda diqqəti cəlb edəcək.

- Düsen bəy, özünüz qeyd etdiyiniz kimi, Bakıya tez-tez gəlirsiniz. Maraqlıdır, son vaxtlar paytaxtımız sizdə necə təəssürat yaradır?

- Mən bu şəhəri sovet dövründə görmüşdüm. Onda çətin vaxtlar idi. Müstəqillik dövründə Bakı çox inkişaf edib, xüsusilə son 10 ildə müasir siyasi, mədəni mərkəzə çevrilib dünya miqyasında ən böyük tədbiri keçirməyə hazırdır. Şəhər 2015-ci il Avropa Oyunlarına ev sahibliyi edəcək. Artıq Bakıya gəlib burada tədbir keçirmək insana zövq verir. Şəhər öz simasını, milli cazibədarlığını qoruyub saxlayıb. Bakıya gələndə hər dəfə tanınmış insanlara həsr edilən tədbirlərdə iştirak edirik. Məsələn, dekabrda tanınmış sənətkar Barat Şəkinskayanın 100 illik yubiley gecəsinə qatıldıq. Bir sözlə, Bakı nağıllar aləminə bənzəyir biz hər birimiz belə bir şəhərlə fəxr etməliyik. Onu da qeyd edim ki, mən artıq bakılılar adından dünyanın müxtəlif yerlərindən tanışlarımı, görüşdüyüm insanları bu gözəl şəhərə dəvət edirəm.

 

Mehparə Sultanova

 

Mədəniyyət.- 2015.- 16 yanvar.- S. 7.