Yeni cizgi filmləri

 

Mədəniyyət və Turizm Nazirliyinin "Azanfilm" cizgi filmləri studiyası tərəfindən 2014-cü ildə "Ən güclü kimdir" və "Köhnə mismar" adlı yeni cizgi filmləri istehsal olunub. Həmçinin "Gəlin, birgə öyrənək" animasiya filmləri layihəsinin həyata keçirilməsi qərara alınmışdı.

Kiçikyaşlı tamaşaçılar üçün nəzərdə tutulan layihəyə "Rənglər" və iki seriyadan ibarət "Mən saymağı öyrənirəm" animasiya filmlərinin istehsalı daxildir. "Rənglər" musiqili animasiya filmi artıq istehsal olunaraq kiçikyaşlı tamaşaçıların ixtiyarına verilib. "Mən saymağı öyrənirəm" filminin çəkilişləri isə davam edir.

 

Mədəniyyət.- 2015.- 16 yanvar.- S. 5.