20 Yanvar Meksika qəzetində

 

Meksikanın Excelsior qəzetində 2015. Qanlı Yanvardan 25 il sonra sərlövhəli məqalə dərc edilib.

Məqalədə Azərbaycan xalqının hər il 20 Yanvar faciəsi qurbanlarının xatirəsini ehtiramla yad etdiyi bildirilir. Qanlı Yanvar adı ilə tarixə düşən hadisələrin Azərbaycanda sovet hakimiyyətinə son qoyan bir qığılcım olduğubütün dünya azərbaycanlılarının yaddaşında Azərbaycan xalqına qarşı ən qəddar cinayətlərdən biri olaraq həkk edildiyi diqqətə çatdırılır.

Məqalədə sovet qoşunlarının 1990-cı il yanvarın 20-də Bakıya yeridilməsi, aralarında uşaq, qadın və qocaların da olduğu yüzlərlə günahsız dinc sakinin qətlə yetirilməsi barədə məlumat verilir.

 

Mədəniyyət.- 2015.- 21 yanvar.- S. 13.