Qanla yazılmış qəhrəmanlıq salnaməsi”

 

Yanvarın 16-da Qazax rayon Mərkəzi kitabxanasının oxu zalında məktəblilərin, mədəniyyət işçilərinin, fəal oxucuların iştirakı ilə “Qanla yazılmış qəhrəmanlıq salnaməsi” adlı ədəbi-bədii kompozisiya keçirilib.

Tədbiri MKS-nin direktoru Solmaz Babanlı açaraq 1990-cı ilin 20 yanvar tarixinin xalqımızın yaddaşına milli-azadlıq hərəkatının başlandığı gün kimi daxil olduğunu qeyd edib. Metodikabiblioqrafiya şöbəsinin müdiri Fatma Hüseynovanın mövzu ilə bağlı məruzəsi dinlənilib. Məruzə ətrafında çıxış edən Mədəniyyət və Turizm Şöbəsinin məsləhətçisi Nailə Əliyeva, MKS-nin direktor müavini Münəvvər Süleymanlı, müəllimə Nərmin Yusifova qeyd ediblər ki, Azərbaycan xalqı 20 Yanvarda təcavüzə məruz qalsa da, vətənin azadlığı uğrunda ən ağır sınaqlara dözmək, şəhid vermək qüdrətini bütün dünyaya göstərib.

Tədbirdə Qazax şəhər M.Hüseyn adına məktəb-liseyin 4-cü sinif şagirdləri Xalq şairi Zəlimxan Yaqubun “Şəhid qanı” şeirini səhnələşdirilmiş formada ifa ediblər.

 

Mədəniyyət.- 2015.- 21 yanvar.- S. 12.