Mədəni irs, iqtisadi inkişaf, turizm media

 

Azərbaycanlı alim tədqiqatçılar beynəlxalq konfransda iştirak ediblər

 

Yanvarın 17-18-də Makedoniyanın Ohrid şəhərindəMədəni irs, yerli iqtisadi inkişaf, turizm media arasında interdisiplinar əlaqələrə baxışmövzusunda üçüncü beynəlxalq konfrans keçirilib. Konfransı Makedoniya Sosial Mədəni Antropologiya İnstitutu, “ESRA” Audiovizual İncəsənət Universiteti, “HAEMUS” Elmi Tədqiqatlar Mədəniyyətin İnkişafı Mərkəzi Azərbaycanın “MİRAS” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi təşkil edib.

 

Tədbirin açılışında Makedoniya Sosial Mədəni Antropologiya İnstitutunun direktoru Rubin Zemon, Ohrid şəhəri merinin müavini Angel Janev, “MİRAS” İctimai Birliyinin sədri Fariz Xəlilli, “HAEMUS” Elmi Tədqiqatlar Mədəniyyətin İnkişafı Mərkəzinin sədri Vasilka Dimitrovska, tarix elmləri doktoru Qafar Cəbiyev başqaları çıxış ediblər.

Makedoniya, Albaniya, Rusiya, Litva, Bolqarıstan, Polşa digər ölkələrdən nümayəndələrin qatıldığı konfransda Azərbaycanı 15-dək alim tədqiqatçı təmsil edib.

AlimlərimizinAzərbaycanda tarixi mədəni irsin mühafizəsi təbliğində televiziyaların rolu”, “Mədəni irsin mühafizəsində muzeylərin rolu problemləri”, “Azərbaycanın milli muzeyləri”, “İsmayıllının mədəni irsi turizm”, “Turizm baxımından tarixi abidələrin təbliği digər mövzularda məruzələri dinlənilib.

“MİRAS” İctimai Birliyinin reallaşdırdığıTəmiz kənd - yerli icmaların iştirakı ilə ekoloji etnoqrafik identikliyin qorunması davamlı inkişafılayihəsinin təqdimatı da maraq doğurub. İştirakçılar layihənin təcrübəsini öz ölkələrində davam etdirmək arzularını bildiriblər.

 

Mədəniyyət.- 2015.- 21 yanvar.- S. 8.