20 Yanvar şəhidləri yad edilib

 

Yanvarın 19-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professor-müəllim heyəti və tələbələri Şəhidlər xiyabanını ziyarət edərək, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən övladlarının xatirəsinə ucaldılmış Əbədi məşəlin önünə və şəhid məzarlarına gül dəstələri qoyublar.

Həmin gün universitetdə 20 Yanvara həsr olunmuş tədbir keçirilib. Tədbiri rektor, professor Fərəh Əliyeva açaraq, 20 Yanvarın tariximizdəki yerindən danışıb. Rektor universitetin şəhid olmuş məzunları ilə bağlı guşənin yaradılması, sənədli filmin çəkilməsi üzərində aparıldığını qeyd edib.

Professorlar Nizaməddin Şəmsizadə, Aqşin Babayev, dosentlər Xaləddin Sofiyev, Ağalar Bayramov, universitetin əməkdaşı Qabil Qocayev çıxışlarında tarixə ekskurs edərək Qanlı Yanvar faciəsinin eyni zamanda müstəqilliyimizin qazanılması yolunda şərəfli tarixi hadisə olduğunu bildiriblər.

Anım mərasimində ADMİU-nun məzunu, 20 yanvar günü şəhid olmuş Ələkbərov Azər Nəsib oğlunun ailə üzvləri iştirak ediblər. Şəhidin Xalq rəssamı Mikayıl Abdullayev tərəfindən çəkilmiş portreti foto slayd nümayiş olunub.

 

Mədəniyyət.- 2015.- 21 yanvar.- S. 6.