Şəhidlərin xatirəsinə həsr olunmuş musiqi gecəsi

 

Yanvarın 17-də Azərbaycan Dövlət Filarmoniyasının KameraOrqan Musiqisi Zalında Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş tədbir keçirildi.

 

Mərasimi giriş sözü ilə açan Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş vermiş faciə haqqında danışdı. Bildirdi ki, Qanlı Yanvar xalqımızın taleyinə həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi daxil olub: Hər bir xalqın tarixində həm faciəli, həm də qəhrəmanlıq səhifələri olur. Qara Yanvar xalqımızın milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olundu. Xalqımız Vətənin azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin xatirəsini əziz tutur, onların igidliyini heç vaxt unutmayacaq.

Sonra Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsində fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin şagirdlərindən ibarət İstedad mərkəzinin təqdimatında yerlixarici bəstəkarların əsərləri səsləndirildi. Şagirdlərin ifasında Ü.Hacıbəylinin Sənsiz, F.Əmirovun Kor ərəbin mahnısı, İ.S.Baxın MenuetSkerso, Qravebaşqa əsərlər səsləndirildi, həmçinin Bayatı-Şiraz və Şur muğamları ifa olundu.

 

Fariz

 

Mədəniyyət.- 2015.- 21 yanvar.- S. 5.