Nazirliyin dəstəyi ilə 70-dən çox nəşr işıq üzü görüb

 

Milli mədəniyyətin təbliği, dünya ədəbiyyatından nümunələrin oxuculara çatdırılması, uşaq, musiqi və incəsənət məktəblərinin tələbatının ödənilməsi məqsədilə 2014-cü ildə ümumilikdə 70 addan çox nəşr Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə işıq üzü görüb, ölkə kitabxanalarına paylanılıb, kitab sərgilərində nümayiş etdirilib. Nazirliyin tabeliyində olan dövlət kitabxana fondunu zənginləşdirmək, nəşriyyatların və müəlliflərin fəaliyyətini stimullaşdırmaq məqsədilə 309 adda 6735 nüsxə nəşr məhsulu alınıb.

Ölkə Prezidentinin "Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında" 2007-ci il 20 aprel tarixli sərəncamının icrası ilə əlaqədar Mədəniyyət və Turizm NazirliyiUNESCO-nun "İnformasiya hamı üçün" Proqramının Azərbaycan Komitəsinin dəstəyi ilə "Azərbaycan ədəbiyyatının virtual kitabxanası"nın yaradılması davam etdirilir. www.azlibnet.az veb-saytında yerləşdirilən virtual kitabxanada 1000-dən çox elektron kitab toplanıb. 2014-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin kitabxana-informasiya şəbəkəsinə 34 923 nəfər oxucu üzv olubümumi oxucu sayı 75 526 nəfərə çatıb. Virtual oxucuların sayı 647 405 nəfər olub.

 

Mədəniyyət.- 2015.- 21 yanvar.- S. 4.