Almaniya sərgisində Azərbaycan həqiqətləri

 

Almaniyanın Maqdeburq şəhər bələdiyyəsinin təşkilatçılığı ilə ənənəvi УDemokratiya yollarıФ adlı sərgi keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, bu il yeddinci dəfə gerçəkləşən sərgidə Almaniyada fəaliyyət göstərən müxtəlif xalqların cəmiyyət və təşkilatları iştirak ediblər. Ölkəmizi sərgidə Saksoniya-Anhalt (Sachsen-Anhalt) əyaləti üzrə Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti təmsil edib.

Tədbirdə Azərbaycan həqiqətləri, ölkəmizin zəngin təbiəti, mədəniyyəti, coğrafiyası, mətbəxi haqqında məlumat verilib və iştirakçılara bu məlumatları özündə əks etdirən kitablar hədiyyə olunub. Cəmiyyətin sədri Yaşar Niftəliyev 20 Yanvar faciəsi və Qarabağ həqiqətləri barədə danışıb, 1990-cı ildə sovet ordusunun Bakıya təcavüzü nəticəsində 147 dinc sakinin amansızcasına qətlə yetirildiyini, yüzlərlə insanın yaralandığını diqqətə çatdırıb.

 

Mədəniyyət.- 2015.- 21 yanvar.- S. 3.