İran saytında 20 Yanvar haqqında məqalə

 

İran İslam Respublikasının УMehr NewsФ informasiya agentliyinin saytında 20 Yanvar faciəsi haqqında məqalə yerləşdirilib. Məqalədə qeyd olunur ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya daxil olmuş sovet qoşun hissələri mərkəzi hökumətin ədalətsiz siyasətinə qarşı etirazlarını bildirən dinc əhalini gülləbaran etdi. Bakının müxtəlif rayonlarında sovet əsgərləri tərəfindən 147 insan qətlə yetirildi, 700-dən artıq vətəndaş yaralandı. Yazıda diqqətə çatdırılır ki, 20 Yanvar faciəsində müsəlman azərbaycanlılarla yanaşı, Bakıda yaşayan rus, tatar, yəhudilər də həlak olub. Məqalədə deyilir ki, Azərbaycan xalqı hər il 20 Yanvarda öz qəhrəman övladlarının əziz xatirəsini dərin ehtiramla yad edir, bu faciə Ümumxalq Hüzn Günü kimi qeyd olunur. 20 Yanvar Azərbaycanın müasir tarixində ölkənin azadlığı, müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda qəhrəmanlıq rəmzidir.

 

Mədəniyyət.- 2015.- 23 yanvar.- S. 12.