УƏl-CumhuriyyəФ qəzetində 20 Yanvar haqqında məqalə

 

20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar Azərbaycanın Misir Ərəb Respublikasındakı səfiri Şahin Abdullayevin bu ölkəni geniş oxucu kütləsinə malik УƏl-CumhuriyyəФ qəzetində (gündəlik 500 min tirajla buraxılır) məqaləsi dərc edilib.

Məqalədə Azərbaycan xalqının sovet rejiminə qarşı milli azadlıq mübarizəsi, 80-ci illərin sonundan başlayaraq, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və 20 Yanvar faciəsinə aparan yol haqqında ətraflı məlumat verilib. Səfir qanlı Bakı hadisələrindən sonra günahsız insanların qətlində bilavasitə əli olan Mixail Qorbaçova 1990-cı ilin oktyabr ayında Nobel sülh mükafatının verilməsinin ədalətsiz olduğunu xüsusilə qeyd edib.

Azərbaycan xalqının siyasiiqtisadi çətinliklərlə, xüsusən də ölkə ərazilərinin 20 faizinin işğalına gətirib çıxaran erməni təcavüzü ilə üzləşdiyi xatırlanaraq, Azərbaycan rəhbərliyinin apardığı hərtərəfli islahatlar nəticəsində ölkəmizin yüksək templərlə inkişaf etdiyi və beynəlxalq aləmdə etibarlı tərəfdaşa çevrildiyi oxucuların diqqətinə çatdırılıb.

 

Mədəniyyət.- 2015.- 23 yanvar.- S. 10.