Qış turizm mərkəzlərinə maraq artır

 

ŞahdağaTufandağa həftəsonu turlar

 

Turizm şirkətləri həftə sonları ölkəmizin qış turizm mərkəzlərinə turlar təşkil edirlər. Atlas Travel turizm şirkətinin daxili turizm departamentinin müdiri Şamo Əliyevin qəzetimizə verdiyi məlumata görə, ŞahdağTufandağ komplekslərinə turlarda iştirak etmək istəyənlərin sayı çoxdur. Həftə sonları bu istirahət mərkəzlərində boş yer tapmaq çətinləşir. Yanvarın 24-25-də də bu istiqamətlərdə növbəti turlar təşkil ediləcək.

Birgünlük Şahdağ turunun qiyməti cəmi 20 manatdır. Bu qiymətə nəqliyyat xidməti, ekskursiya, peşəkar fotosessiya, bələdçi xidməti, qidalanma və müxtəlif oyunların təşkili daxildir.

Kompleksdə xizək yollarına aparan 3 kanat istifadədədir. Kanat yollarından istifadə 08:00-dan 16:30-dək 25 manat, 08:00-dan 12:30-dək 15 manat, 12:30-dan 16:30-dək isə 15 manatdır. Bu qiymətə kanat yollarından istənilən qədər istifadə etmək olar. Birdəfəlik istifadə isə böyüklər üçün 10 (təcrübəsizlər üçün kanat yolundan istifadə), uşaqlar üçün 6 manatdır. Növbəsiz xizək kirayələmək istəyən turistlər mütləq turun başlamasına 3 gün qalmış ad, soyad, boy, çəki, ayaq ölçüsü doğum tarixlərini sifariş verdikləri turizm şirkətinə bildirməli ödəniş etməlidirlər. Xizəyin kirayə qiyməti 20 manatdır.

Tufandağ kompleksinə turun qiyməti səhər yeməyi, fotosessiya, nəqliyyat bələdçi xidməti daxil olmaqla, 21 manatdır. Burada xizəkdən istifadə etmək istəyənlər üçün 5 xizək yolu fəaliyyətdədir. 2 xizək yolu peşəkarlar, 3 xizək yolu isə təcrübəsizlər üçündür. Tam yarımgünlük xizək kirayəsi mümkündür. Saat 08:00-dan 16:30-dək xizək kirayə qiyməti 15, yarımgünlük (13:00-dan 16:30-dək) istifadə 10 manatdır. Bu paketlərə xizək, baton, çəkmə daxildir. Əlavə olaraq tam paket, yəni dəbilqə, eynək, gödəkcə, şalvar, əlcəyin kirayəsinin yarım günü 10 manat, tam günü isə 15 manatdır. Xizəkdən istifadə üçün tam paketin qiyməti günlük 30 manat, yarımgünlük 20 manat müəyyənləşdirilib. Snouborddan istifadə qiymətləri xizəyin qiyməti ilə eynidir. Tufandağda xizək yollarına çıxış kanatdan istifadənin qiyməti ayrılıqda 10 manatdır.

Hər iki turizm mərkəzində xizək təlimi mərkəzi fəaliyyət göstərir.

 

Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2015.- 23 yanvar.- S. 9.