Azərbaycan filmləri İran festivalında

 

Azərbaycan filmləri yanvarın 19-dan fevralın 22-dək İranda keçirilən 8-ci Vareş beynəlxalq qısametrajlı film festivalında (Varesh International Short Film Festival) iştirak edir.

Azanfilm” studiyasının istehsalı olan “Əriyən ada”, “Miras”, “Lahıc” sənədli, “Köhnə saatanimasiya filmləri festivalın müsabiqə bölməsində, “Mayak” qısametrajlı bədii filmi isə baxış proqramında yer alıb.

“Əriyən ada”, “Miras”, “Mayak” filmlərinin ssenari müəllifi Esmira Əyyub, rejissoru Fariz Əhmədov, “Lahıc” filminin ssenari müəllifi və rejissoru Tofiq Şahverdiyev, prodüseri Fariz Əhmədov, “Köhnə saatanimasiya filminin rejissorussenari müəllifi Cavid Əhədov, prodüseri Fariz Əhmədovdur.

Festivala müraciət edən 1278 filmdən 168-i proqrama daxil edilib. Onlardan 58-i İran filmi, 110-u isə xarici ekran əsərləridir.

Festivalın əsas məqsədi müxtəlif Xəzəryanı xalqların etnik qrupların ortaq mədəni irsini təqdim etmək, kino istehsalı sahəsində gənc istedadlı kinematoqrafçıları müəyyənləşdirərək qarşılıqlı əlaqələrin inkişafına təkan verməkdir.

 

Mədəniyyət.- 2015.- 23 yanvar.- S. 7.