Londonda 20 Yanvar faciəsinin qurbanları anılıb

 

Azərbaycanın Böyük Britaniyadakı səfirliyi və Buta İncəsənət Mərkəzinin birgə təşkilatçılığı ilə Londonda 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

 

Buta İncəsənət Mərkəzinin direktoru Nəsib Piriyev çıxış edərək faciənin tarixi haqqında məlumat verib, 20 Yanvarı xalqımızın azadlıq mübarizəsinin nümunəsi kimi qiymətləndirib.

Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə 20 Yanvar faciəsinin kədərli olduğu qədər tariximizin şanlı səhifəsi olduğunu qeyd edib: Həmin gün Azərbaycan xalqı azadlıq əzmini göstərdi. Bu hadisə ölkəmizin müstəqilliyinin bərpası üçün böyük təkan oldu. Sovet hərb maşınının Azərbaycanda törətdiyi qanlı qırğın mahiyyətinə görə dövlətin öz vətəndaşlarına qarşı misli görünməmiş təcavüzü idi.

Səfir vurğulayıb ki, 20 Yanvar faciəsi həmin dövrdə Human Right Watch hüquq müdafiəsi təşkilatı, ABŞ-ın bir sıra nüfuzlu mətbuat qurumları və s. daxil olmaqla dünya ictimaiyyətinin də diqqət mərkəzində olub. Bu hadisəni törədənlərin layiqli cəzalarını tapacaqlarına əminlik ifadə olunub.

Tədbir iştirakçıları məşhur rejissor Andrey Konçalovskinin Qanlı Yanvar hadisələrini siyasiictimai nöqteyi-nəzərdən ətraflı təhlil edən sənədli filminə baxıblar. Sonra rejissor A.Konçalovski strateji məsələlər üzrə mütəxəssis Susanna Simons ilə birlikdə filmin və 20 Yanvar faciəsinin müzakirəsini aparıblar, iştirakçıların sualları cavablandırılıb.

 

Mədəniyyət.- 2015.- 23 yanvar.- S. 6.