Shahdaghoteli “Mükəmməllik mükafatı”na layiq görülüb

 

Dünyanın nüfuzlu mehmanxana bronlaşdırılması portalı olan www.booking.com tərəfindən “Şahdağ” Qış-Yay Turizm Kompleksinə aidShahdag hotel and SPA” mehmanxanası 2014-cü ilin yekunlarına dair “Mükəmməllik mükafatı”na layiq görülüb.

Portal tərəfindən hər il müxtəlif sorğular əsasında qonaqların rəyi nəticəsində belə mükafatlar təqdim olunurbu il mükafatçılar sırasında “Shahdag hotel and SPA” mehmanxanası da yer alıb.

Xatırladaq ki, www.booking.com saytının 40 dildə versiyası mövcuddur. Sayt 212 ölkədən 591628 mehmanxanamehmanxana tipli obyekti təqdim edir və hər gün bu sayt vasitəsilə 750 min otaq satılır.

Shahdag hotel and SPA” mehmanxanasına bu mükafatın verilməsi Azərbaycanda turizmhotel biznesinin inkişafına daha bir nümunədir. Bu yaxınlarda “Fairmont Baku” mehmanxanası «Dünya Lüks Hotellər Mükafatı» təşkilatı tərəfindən «Best Luxury Suite Hotel» mükafatına layiq görülüb.

 

Mədəniyyət.- 2015.- 23 yanvar.- S. 2.