Yaşayış məntəqələrinin giriş qapısı

 

Bu memarlıq elementlərini necə adlandıraq?

 

Respublikamızın müxtəlif yaşayış məntəqələrinin - kənd, qəsəbə, şəhər və rayonların girişində həmin inzibati ərazinin adını özündə əks etdirən əzəmətli tikililərlə rastlaşırıq. Bu tikililərə memarlıq baxımından nə deyilir? Xeyli vaxtdır, bu sual məni maraqlandırır. Bununla bağlı bir neçə tanınmış memara da müraciət etdim. Fikirlər müxtəlif oldu. Bəziləri bu tikililərin memarlıqda adının olmadığını dedilər, obelisk, stelas. kimi mülahizələr də səsləndi.

 

Stela obelisk memarlıqda geniş yayılıb. Amma sözügedən tikililəri onlara dərəcədə aid etmək olar? Hər iki söz barədə mənbələrə baxdım. Azərbaycan dilinin izahlı lüğəti”ndə stela sözünü tapa bilmədim. “Obelisk” (yun. obelisikos) “yuxarı getdikcə nazikləşən yonulmuş daş sütundan ibarət abidəkimi izah olunub. 1958-ci ildə çap olunmuşMemarlıq, inşaat təsviri incəsənət terminləri lüğəti”ndəstelasözünün mənasıbaşdaşıkimi verilib. Rusca-Azərbaycanca lüğət”də stela yazısı olan daş plitə ya da sütun; obelisk isə sütun şəklində daş abidə kimi tərcümə olunub.

Nəhayət, 1994-cü ildə çap olunmuş Azərbaycan Sovet Ensiklopediyasının IX cildindəstelasözünü tapa bildim. Stela (lat. stela; yun. stele - sütun) - şaquli qoyulmuş kitabəli, yaxud relyef təsvirli daş lövhə. Qədim dünyada (xüsusilə antik Yunanıstanda) stela qəbirüstü abidə kimi, eləcə hər hansı bir hadisəni (məsələn, yeni qanunu) əbədiləşdirmək məqsədilə qoyulurdu. Müasir incəsənətdə stela formasında müxtəlif məqsədli abidələr yaradılmasında da istifadə edilir”. Ensiklopediyanın VII cildində “obelisk” sözü belə şərh olunur: “Obelisk (yun. obelisikos, hərfi mənası - kiçik şiş) - yuxarıya doğru getdikcə itiləşən, piramida formalı ucu olan tilli sütun. O, adətən daşdan yonulur kəsikdə çox zaman kvadratşəkilli olur. Qədim Misirdə yayılmış obelisk saray məbədlərin qarşısında abidə kimi qoyulurdu. O, geniş yayılmış xatirə abidəsi monument tipidir”.

Stela işarə verən, əlamət göstərən bir tikilidir. Bu baxımdan qeyd etdiyim tikililəri stela adlandırmaq olar. Lakin stela adətən şəhərlərin mərkəzində qurulur. Qalibiyyəti bildirən bir əlamətdir. İstanbulda Misirdən gətirilmiş bir stela var. Bu tikili Osmanlı sultanının Misiri fəth etməsinin tarixi nişanəsi kimi qoyulub.

Bu məsələ üzərində xeyli düşündükdən sonra belə qərara gəldim ki, “Mədəniyyətqəzeti vasitəsilə memarlıq şəhərsalma, tarixi abidələrlə məşğul olan mütəxəssislərə, eləcə dilçi alimlərə, tarixçilərə müraciət edim. Yekun nəticəyə sizinlə birlikdə gəlmək istəyirəm: bu tikililəri necə adlandırmalıyıq?

 

Sabir Tağıyev,

AMEA-nın Memarlıq İncəsənət İnstitutu memarlıq abidələrinin qorunması

bərpası problemləri şöbəsinin böyük elmi işçisi, dosent

 

Mədəniyyət.- 2015.- 28 yanvar.- S. 15.