Polşada kitabxana innovasiyaları təcrübəsi ilə tanışlıq

 

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) doktorantı və Azərbaycanşünaslıq şöbəsinin müdiri Nərminə Abdullayeva Varşavada ezamiyyətdə olub. Səfər Prezident yanında Elmin İnkişafı Fondunun maliyyə dəstəyi ilə Kitabxana innovasiyaları: qabaqcıl dünya nəzəriyyə və təcrübəsinin tədqiqi və alınan nəticələrin elmin informasiya təminatında əhəmiyyətli rolu olan AMEA-nın kitabxana sisteminə tətbiqi layihəsi çərçivəsində həyata keçirilib.

Gənc alim səfər zamanı Polşa Milli Kitabxanasının qədim, nadir əlyazmaları və qiymətli nəşrlərini əhatə edən Krasinski sarayında yerləşən xüsusi fondu, reproqrafiya və rəqəmsallaşdırma şöbəsi, rəqəmsal kitabxananın təşkili şöbəsi, məsləhət-informasiya mərkəzi, kitabxana-biblioqrafiya nəşrlərinin, musiqiaudiovizual nəşrlərinin oxu zalları və digər şöbələrin fəaliyyəti ilə tanış olub. Gələcəkdə kitabinformasiya mübadiləsi aparmaq üçün lazımi əlaqələr yaradılıb.

 

Mədəniyyət.- 2015.- 28 yanvar.- S. 15.