Milli Azərbaycan Tarixi Muzeyinə qızıl əşyalar təhvil verilib

 

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin xüsusi fonduna otuz ədəd qızıl arxeoloji tapıntı təhvil verilib. Bu materiallar AMEA-nın Arxeologiya Etnoqrafiya İnstitutu tərəfindən aparılan qazıntılar zamanı Masallı, Ağstafa, Tovuz, Goranboy, İsmayıllı Oğuz rayonlarında aşkar edilib. Arxeoloji əşyalardan ən qədimləri Oğuz rayonunun kurqan qəbirlərindən tapılıb. Tapıntıların yaşı dörd min ildən artıqdır.

 

Mədəniyyət.- 2015.- 28 yanvar.-S. 6.