Baku Sinfonietta orkestrinin xatirə konserti

 

Yanvarın 23-də Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş silsilə anım tədbirləri çərçivəsində musiqi axşamı təşkil edildi.

Tədbiri Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə açaraq 20 Yanvar faciəsinin ildönümü ilə bağlı keçirilən tədbirlərdən bəhs etdi. Bildirdi ki, bu qəbildən sonuncu musiqili anım mərasimində Baku Sinfonietta orkestrinin ifasında faciəyə həsr olunmuş əsərlər təqdim olunacaq. Orkestrin bədii rəhbəri beynəlxalq müsabiqələr laureatı Cavad Tağızadədir.

Sonra orkestrin ifasında Qara Qarayevin İldırımlı yollarla baletindən Lay-lay, Tomaso Albinoninin Adajio, İ.S.Baxın AriyaFortepiano konserti, Edvard Qriqin Ozenin ölümü, Samuel Barberin Adajio əsərləri səsləndirildi.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2015.- 28 yanvar.- S. 5.