Azərbaycan xoreoqrafiya sənəti üçün yeni səhifə açılır

 

Mədəniyyət və turizm naziri Bakı Xoreoqrafiya Akademiyasının kollektivi ilə görüşüb

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 30 aprel 2014-cü il tarixdə Bakı Xoreoqrafiya Məktəbinin bazasında ümumi, orta ixtisasali təhsil proqramlarını həyata keçirən Bakı Xoreoqrafiya Akademiyasının yaradılması haqqında sərəncam imzalayıb. Sənədə əsasən, yeni tədris ocağı ölkəmizdə xoreoqrafiya sənəti ənənələrinin qorunması və inkişaf etdirilməsinə, bu sahə üzrə yüksəkixtisaslı kadrların hazırlanmasına töhfə verməlidir.

 

Dövlət başçısının 26 dekabr 2014-cü il tarixli sərəncamı ilə Timuçin İlyas oğlu Əfəndiyev Bakı Xoreoqrafiya Akademiyasının rektoru təyin edilib.

Yanvarın 23-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakı Xoreoqrafiya Akademiyasının kollektivi ilə görüşdüyeni təyin edilmiş rektoru kollektivə təqdim etdi.

Nazir bildirdi ki, 2014-cü il Azərbaycan xoreoqrafiya sənətində çalışanlar və bu sahədə təhsil alanlar üçün yaddaqalan bir il oldu. Prezident İlham Əliyevin mədəniyyətimizə, incəsənətimizə göstərdiyi diqqət və qayğının daha bir nümunəsi olaraq Bakı Xoreoqrafiya Akademiyası yaradıldı. Bu hadisə mədəni həyatımızda, xoreoqrafiya sənəti tariximizdə yeni mərhələ və gələcəkdə görüləcək böyük işlərin başlanğıcı olacaq.

Son illərdə bu sahədə əldə edilən uğurlardan danışan nazir xoreoqrafiya ənənələrinin inkişaf etdirilməsində göstərdiyi gərgin əməyə görə tədris ocağının kollektivinə təşəkkürünü bildirdi. Bakı Xoreoqrafiya Akademiyasının bundan sonra da öz məzunları ilə ölkəmizi beynəlxalq səviyyədə tanıdacağına əminliyini vurğulayan Əbülfəs Qarayev yeni müəssisənin müasir tələblərə uyğun fəaliyyət göstərəcəyini, davamlı təhsilə təkan verəcəyini qeyd etdi. Bildirildi ki, Rusiya Böyük Teatrının səhnəsində, Avstriyanın məşhur teatrlarında və dünyanın digər ölkələrində Azərbaycan xoreoqrafiya sənətinin adını yüksəklərə qaldıran gənc xoreoqraflarımız məhz bu məktəbin məzunlarıdır.

Bununla yanaşı, müxtəlif səbəblərdən son dövrdə xoreoqrafiya sənətində müəyyən qədər zəifləmə, müasir sənət proseslərindən geri qalma nəzərə çarpmaqdadır: “Bu səbəbdən xoreoqrafiya sahəsində yeni bir strukturun formalaşması, akademiyanın yaradılması, fasiləsiz və davamlı təhsil vacib şərtlərdən biridir. Biz xoreoqrafiya təhsilində dünya təcrübəsi haqqında ciddi düşünmüşükyeni bir struktur layihəni cənab Prezidentə təqdim etmişik. Mədəniyyət və Turizm Nazirliyi üçün çox önəmli bir haldır ki, yeni tədris müəssisəsinin fəaliyyəti bizə həvalə edildi. Bu gündən Azərbaycan xoreoqrafiya sənəti üçün yeni bir səhifə açılır. Bu hadisənin özü isə böyük məsuliyyətdir. Bundan sonra tədris müəssisəsində yeni istiqamətlər, yeni kafedralar, milli rəqslər, klassikmüasir baleti özündə birləşdirən fakültələr fəaliyyətə başlayacaq”.

Nazir onu da diqqətə çatdırdı ki, Cənubi Qafqaz regionunda yeganə Xoreoqrafiya Akademiyası olan tədris ocağının yeni binasının layihəsi tanınmış avstriyalı memar Frans Yants tərəfindən hazırlanacaq.

Sonda Əbülfəs Qarayev Bakı Xoreoqrafiya Akademiyasının rektoru Timuçin Əfəndiyevə və kollektivə gələcək işlərində uğurlar arzuladı.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2015.- 28 yanvar.- S. 4.